‘Hər bir mobil operator bilməlidir ki...’ - Əli Abbasov

‘Hər bir mobil operator bilməlidir ki...’ -  Əli Abbasov
Bütün Xəbərlər
13:58 23.08.2013
1559

Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları Mobil Nömrələrin Daşınması sisteminin tətbiqi ilə bağlı hər yubanma gününə görə məsuliyyət daşıyır.

«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbas bildirib.

Nazir qeyd edib ki, avqustun 1-dən etibarən mobil nömrələrin danışması layihəsi reallaşdırılmalı idi: «Lakin müəyyən texniki problemlərlə əlaqədar olaraq bu prosesə keçid yubanır. Ancaq hər bir mobil operator bilməlidir ki, onlar bu sistemə keçidin ləngiməsinin hər günə görə məsuliyyət daşıyırlar».

Qeyd edək ki, bir müddət öncə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov mobil nömrələrin daşınması prosesinə avqustun 1-dən etibarən başlamayan mobil rabitə operatorlarının cəzalandırılacağını vurğulamışdır.

OXŞAR XƏBƏRLƏR