Hər bir telekanala 400 min manat ayrıldı

Hər bir telekanala 400 min manat ayrıldı
MEDİA
16:50 06.06.2013
1486

Vəsait milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə təqdim edilib

Ötən gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

 MTRŞ-dan AZXEBER.COM-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında prezidentin sərəncamına əsasən milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə edilib. Müzakirələrə uyğun olaraq iclasda milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə “Azad Azərbaycan Teleradio Kompaniyası”na, “Lider TV və Radio Azərbaycan” MMC-yə, “Space Müstəqil Teleradio Kompaniyası”na, “Xəzər TV” MMC-yə və “ANS Müstəqil Yayım və Media Şirkəti”nə - hər birinə birdəfəlik müqavilə bağlanılması yolu ilə 400 000 (dörd yüz min) manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılması barədə qərar qəbul edilib.

OXŞAR XƏBƏRLƏR