“Hər hansı bir əlamətdar gün, bayram gələndə mütləq bahalaşma başlayır” – Deputat

“Hər hansı bir əlamətdar gün, bayram gələndə mütləq bahalaşma başlayır” – Deputat
SİYASƏT
12:40 28.11.2022
2624
"Qiymət artımları, bahalaşmalar cəmiyyətin hər bir üzvünü narahat edən və xoşagəlməz məsələlərdir. Düzdür, dünyada baş verən proseslər elə cərəyan edir ki, bəzi qiymət artımlarını biz artıq idarə etməkdə çətinlik çəkirik. Ancaq hesab edirəm ki, bizim özümüzün istehsal etdiyimiz məhsulların qiymətinin sabit saxlanılması üçün ciddi tədbirlər görməliyik”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O, qeyd edib ki, yerli istehsalın artırılmasına diqqət yetirməliyik:

"Bunun üçün yerli istehsalın daha da artmasına diqqət yetirməliyik. Xammal alınması və s. bunlar baha başa gələn məsələlərdir. Əsas diqqətimizi yerli istehsala yönəltməliyik. Əsasən də, ərzaq məhsullarının istehsalında gücümüzü daha da artırmalıyıq. Torpaqdan, sudan səmərəli istifadə etməyi bacarmalıyıq. Qiymət artımı məsələsində möhtəkirliyin, monopoliyanın qarşısının alınması üçün mübarizə aparmalıyıq, ciddi tədbirlər görməliyik. Bəzən çox acınacaqlı vəziyyət yaranır, yəni bu, reallıqdır. Məhsulu istehsal edən kəndli, fermer heç ondan gəlir götürə bilmir, ancaq möhtəkirlər, monopoliyaçılar gəlir götürür. Bu, dözülməz bir hala çevrilib. Kəndli məhsulunu istehsal edir, məhsul qalıb çürüyür, sata bilmir. Xaricdən monopoliyaçıların gətirdiyi məhsullar bunların alınmasının qarşısını alır. Bunlar hamısı bahalaşmaya gətirib çıxaran səbəblərdir”. 

Deputat qeyd edib ki, Azərbaycanda əlamətdar gün, bayram gələn kimi qiymətlərdə bahalaşma olur:

"Bir məsələ var ki, Azərbaycanda bir bəlaya çevrilib. Xarakterindən asılı olmayaraq, hər hansı bir əlamətdar gün, bayram gələndə mütləq bahalaşma başlayır. Sanki bu, bir aksiyomadır. Bunun qarşısını almaq üçün dövlətin bu sahəyə nəzarət edən rəsmi qurumları var. Bu qurumlar ciddi fəaliyyətə keçməlidir. Bu qurumlar alverçilərin, möhtəkirçilərin, monopoliyaçıların əlində alətə çevrilməməlidir, özlərinin xırda, şəxsi maraqlarına görə. Əhalinin mənafeyini qorumaq lazımdır. Əhalinin aldığı təqaüd, maaş, müavinət bugünkü bazar üçün heç nədir. Çox ağır bir vəziyyət yaranıb. Əhali kommunal xidmətlər ödəyir, səhiyyə xidmətinə pullar ödəyir. Ona görə də, bazarı, ərzaq qiymətlərini tənzimləmək üçün dövlət nəzarəti çox ciddi olmalıdır”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
23:08 07.11.2026
Silahlı qruplaşmanın hücumu nəticəsində azı 37 nəfər ölüb
"Haber Global": 44 gündə yazılan dastan - Video
22:58 07.11.2026
"Haber Global": 44 gündə yazılan dastan - Video
"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
22:52 07.11.2026
"Reuters": Rubio Dövlət Departamentində nizam-intizamı gücləndirməyi tələb edib
Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
22:41 07.11.2026
Demokratlar Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib
22:30 07.11.2026
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənddə məktəblilər arasında futbol turniri keçirilib
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
22:19 07.11.2026
Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
22:11 07.11.2026
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
21:59 07.11.2026
Ərdoğan Trampla İran və Ukraynanı müzakirə edib
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
21:50 07.11.2026
Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
Ronaldo tarix yazdı
21:43 07.11.2026
Ronaldo tarix yazdı
Anasının qəbrinin yanında meyiti tapıldı
21:35 07.11.2026
Anasının qəbrinin yanında meyiti tapıldı
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
21:25 07.11.2026
Husilər ər-Riyad hava limanına və “Saudi Aramco” obyektlərinə zərbələr endirdiklərini açıqlayıblar
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
21:15 07.11.2026
İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
21:06 07.11.2026
Krakovda atışma nəticəsində ölənlərin sayı 5-ə çatıb
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
20:58 07.11.2026
Binəqədidə “Zəfər zirvəsinə ucalan Azərbaycan-Qalib xalqın qüdrəti” adlı tədbiri keçirildi
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
20:51 07.11.2026
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm