"Hər kəs erməni faşizminin mahiyyətini görüb" - Şevçenko

"Hər kəs erməni faşizminin mahiyyətini görüb" - Şevçenko
SİYASƏT
23:37 25.11.2021
584
"Bu yaxınlarda mən yeni çəkilmiş gözəl yol ilə Şuşaya getdim, orada oldum. Şuşa səfərində mən əsl möcüzələrlə rastlaşdım. Həmin möcüzələrin yaradılmasında Azərbaycan xalqının ruhunu bir daha duydum. Azad edilmiş Azərbaycan ərazilərində həmin yaradıcılıq ruhu və ölkənin iqtisadi gücü heyrət doğurur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin iradəsi ilə görülən bu işlər xalqınız və ölkənizin perspektivlərinin göstəricisi kimi də diqqəti cəlb edir".
 
AZXEBER.COM xəbər verir ki, bu fikirləri məşhur rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Heydər Əliyev Mərkəzində keçirdiyi görüşdə söyləyib.

Rusiyalı jurnalist Şuşa təəssüratını ifadə edərək deyib: "Azərbaycan xalqı bu ölkədə yaşayan digər millətlərlə əsl birlik nümunəsi göstərən bir xalqdır. Azərbaycanlılar, talışlar, ləzgilər, avarlar, udinlər, ruslar, yəhudilər, ukraynalılar və digər xalqların bu unikal birliyi sizin ölkənizi daha cəlbedici və qüdrətli göstərir. Son bir ildə İlham Heydər oğlu böyük alicənablıq göstərərək Azərbaycan vətəndaşı olan, başqalarının iradəsi hesabına hazırkı situasiyaya düşən ermənilərə də o birliyə qoşulmaq üçün dəfələrlə çağırışlar edib. Bu çağırış Azərbaycan xalqının ürəyinin genişliyini dünya qarşısında bir daha nümayiş etdirir. Bu, Azərbaycan xalqının intellektual və zadəgan mahiyyətinin göstəricisidir”.

O deyib ki, azərbaycanlıların sivilizasiyasını Bakının küçələrində əyani görmək mümkündür: "Təsadüfən həmsöhbət olduğum insanların erudisiyasına heyrətlənməyə bilmirsən. Siz öz ədəbiyyatınızla yanaşı, rus ədəbiyyatına, dünya ədəbiyyatına bələdsiniz, üstəlik genetik yaddaşınız azərbaycanlı mədəniyyətini zənginləşdirir”.

Rusiyalı siyasətçi 2020-ci il sentyabrın 27-də başlayan müharibəni xatırladaraq onunla bağlı bir epizoddan danışıb: "Bu, keçənilki hadisələrin, Ermənistanla Azərbaycan arasında 44 gün çəkən müharibənin yenicə bitdiyi vaxtlarda olub. Yanacaqdoldurma məntəqəsində idim və bu məqamda bir erməni gəncinin mənə tərəf gəldiyini gördüm. Düşündüm ki, indi o, mənə hədyanlar yağdıracaq, amma belə olmadı. O, əksinə, mənə yaxınlaşıb dedi: "Mən hazırkı mövqeyinizə görə sizə təşəkkür etmək istərdim”. Niyə? - dedim, ermənilər elə hesab edirlər ki, mən azərbaycanlıların tərəfini tuturam. O isə cavabında heç də böyük əksəriyyətin o cür fikirləşmədiyini bildirdi: "Yox, sizin mövqeyiniz düzgündür, biz, ermənilər də istəyirik ki, Avropadakı xalqlar kimi birgəyaşayış prinsipləri ilə sülh, əmin-amanlıq şəraitində yaşayaq, bir-birimizi öldürməyək”. Bu fikirlərin təsdiqi olaraq rusiyalı siyasətçi müharibədəki məğlubiyyətdən sonra Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini misal çəkdi: "Əgər Ermənistanda əksəriyyət belə fikirləşməsəydi, Nikol Paşinyanın partiyasına səs verməzdi”.

Almanlar Moskva ətrafına gəlib çıxmışdılar, lakin sovet xalqının iradəsini qıra bilmədilər, - deyən Maksim Şevçenko bunu belə izah edib: "Ona görə ki, onlar alman xalqı ilə deyil, nasizm ilə döyüşürdülər. Bu, mənim birmənalı fikrimdir ki, Ermənistanla müharibədə də azərbaycanlıların qələbəsini şərtləndirən başlıca amil Azərbaycan xalqının ermənilərlə deyil, erməni faşizmi ilə döyüşdüyünə əminliyi idi. Yeri gəlmişkən, bu həqiqəti sizin Prezident, Ali Baş Komandan İlham Əliyev də dəfələrlə vurğulayıb”.

Rusiyalı jurnalist qeyd edib ki, işğal olunmuş ərazilərin azad edilməsindən sonra orada olan hər kəs erməni faşizminin mahiyyətini görüb. Xarabalıqlara çevrilmiş kənd və şəhərlərdə nə vaxtsa insan yaşadığını təsəvvür etmək belə çətindir: "Evlərin dağıdılması, təbiətin ağciyərləri olan yaşıllıqlara tutulan divan, hətta ağacların kökündən çıxarılması faşizmin göstəricisidir. Bunu, XX əsrdə o xalqın adından törədiblər ki, həmin xalq bu gün də genosidə məruz qaldığını iddia edir”.

Ermənilər arasında hazırkı tendensiyadan bəhs edən Maksim Şevçenko deyib: "Onlar 3 min və yaxud 5 min il əvvəl erməni çarı olmuş Tiqran barədə, erməni xalqının dövlətçiliyi barədə danışmağı sevirlər. Amma bugünkü reallıq başqa söz deyir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri artıb
11:19 09.10.2026
Azərbaycanda əhalinin gəlirləri artıb
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
11:13 09.10.2026
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
Qaradağda əsgərləri daşıyan avtobus aşdı - VİDEO
11:08 09.10.2026
Qaradağda əsgərləri daşıyan avtobus aşdı - VİDEO
“Ailə uşaqların tərbiyəsinə televiziya və dərslərdən daha çox təsir edir”
11:00 09.10.2026
“Ailə uşaqların tərbiyəsinə televiziya və dərslərdən daha çox təsir edir”
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
10:54 09.10.2026
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
10:50 09.10.2026
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
10:48 09.10.2026
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı: yeni əməkdaşlıq mərhələsi
10:46 09.10.2026
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı: yeni əməkdaşlıq mərhələsi
"Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır"
10:45 09.10.2026
"Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır"
Komitə sədri: Gənclər milli-mənəvi dəyərlərə bağlı olmalıdır
10:44 09.10.2026
Komitə sədri: Gənclər milli-mənəvi dəyərlərə bağlı olmalıdır
Ramin Məmmədov: “Dünyəviliklə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur”
10:39 09.10.2026
Ramin Məmmədov: “Dünyəviliklə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur”
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü
10:38 09.10.2026
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü
Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib
10:36 09.10.2026
Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib
Fərid Qayıbov: Gənclərimiz Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir
10:34 09.10.2026
Fərid Qayıbov: Gənclərimiz Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir
Prezident: MDB siyasi dialoq platforması kimi özünü təsdiqləyib
10:27 09.10.2026
Prezident: MDB siyasi dialoq platforması kimi özünü təsdiqləyib
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - FOTOLAR
10:26 09.10.2026
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - FOTOLAR