‘Hər kəs məndən qiymətimi aşağı məbləğə endirməyimi istəyir’ - Rəqsanə

‘Hər kəs məndən qiymətimi aşağı məbləğə endirməyimi istəyir’ -  Rəqsanə
Bütün Xəbərlər
00:03 05.05.2014
1817

Müğənni Rəqsanə İsmayılova son vaxtlar bəzi saytlarda yayılan toy qiyməti ilə bağlı xəbərə əsəbiləşib.

AZXEBER.COM xəbər verir ki, sənətçi Axşam.az-a açıqlamasında yarım saat çıxış üçün 2500 manat qonorar tələb etməsini yalan adlandırıb:

“Bu, üç-dörd il əvvəlki qiymətdir. Hazırda toya yarım saat üçün 2500 manata yox, ondan iki qat baha gedirəm. Toy qiymətini yazanda məndən soruşsalar, daha yaxşı olar. Çünki o xəbərdən sonra toy sahibləri ilə aramda problem yaşanıb. Hər kəs məndən qiyməti həmin məbləğə endirməyimi istəyir. Bu isə doğru deyil”.

OXŞAR XƏBƏRLƏR