Son 2 ildə özünə yavaş-yavaş gəlməyə çalışan Azərbaycan film sənayesi bir neçə yeni və özünə tamaşaçı toplamağa çalışan filmlərlə bəyaz pərdəyə qayıtsa da, bu nümunələr həvəskar kadr toplusundan uzağa gedə bilməyib. Çox səbəblər sıralamaq olar. Amma ilin əvvəlində ilk fraqmenti təqdim olunan yerli qorxu filminin yaratdığı ajiotaj, kinoteatrlarda qürurla üzə tutmalı film izləyəcəyimizə ümidi artırır.
TX GROUP-un media dəstəkçisi olduğu "Şeytanın tərəfində" qorxu filminin yaradıcıları deyirlər ki, tam olaraq 2016-cı ildə təqdim olunması planlaşdırılan filmin bu 2-ci fraqmenti, hadisələrdən ip ucları verir.
Azərbaycan və rus dillərində bəyaz pərdədə yerini alacaq filmdə Hollivud filmlərində izlədiyimiz çəkiliş manevrləri görəcəksiniz. İndiyədək heç bir Azərbaycan filmində görə bilmədiyimiz qrafik tərtibat isə yerli mütəxəssisin əl işidir. Yəni "Şeytanın tərəfində"yə rahatlıqla"Made in Azerbaijan"möhürü vura bilərik.
Çəkilişləri Şəkidə yerləşən Rec Films studiyası tərəfindən Şəkidə aparılan filmin rejissoru Rəvan RECdir.
Filmin yaradıcılarının bildirdiyinə görə, film sırf olaraq şəxsi vəsaitləri hesabına ərsəyə gəlir. Hansısa həvəskar filmlərə külli miqdarda vəsait ayıran qurumların niyə bu filmə dəstək vermədikləri barədə sualı isə Rec Films cavabsız qoymağı uyğun bildi.
Sözügedən fraqmenti təqdim edirik: