Bəzi insanlar eşitdikləri sözləri olduğu kimi qəbul edir, bəziləri isə deyilən hər cümlənin arxasında gizli məna axtarırlar. Astrologiyaya görə, xüsusilə bəzi bürclər güclü intuisiyaları və analitik düşüncə tərzləri səbəbindən ən kiçik eyhamı belə diqqətdən qaçırmırlar.
Astroloqların fikrincə, sözlərin altında gizli məna axtarmağa daha meyilli olan 4 bürc bunlardır:
Əqrəb
Əqrəblər şübhəçi xarakterləri ilə tanınırlar. Onlar deyilənləri olduğu kimi qəbul etməkdənsə, qarşı tərəfin səs tonuna, mimikalarına və söz seçiminə diqqət yetirirlər.
Bu səbəbdən ən adi cümlədə belə başqa məna axtara bilirlər. Xüsusilə güvən məsələsində həssas olan Əqrəblər "Görəsən, bununla başqa nə demək istəyib?” sualını tez-tez özlərinə verirlər.
Qız
Qız bürcləri detallara diqqətləri ilə seçilirlər. Söhbət zamanı baş verən ən kiçik dəyişiklik belə onların nəzərindən qaçmır.
Analitik düşüncə tərzi bəzən onlara üstünlük qazandırsa da, bəzi hallarda deyilməyən mənaları özlərinin yaratmasına səbəb ola bilər. Hətta mesajdakı durğu işarələrinə belə xüsusi məna verə bilirlər.
Xərçəng
Xərçənglər emosional xarakterləri səbəbindən deyilən sözləri şəxsi qəbul etməyə meyilli ola bilərlər. Xüsusilə sevdikləri insanların davranışındakı ən kiçik dəyişiklik belə onların diqqətini çəkir.
Münasibətlərdə qarşı tərəfin dedikləri üzərində uzun müddət düşünən Xərçənglər adi bir ifadənin arxasında belə başqa məna axtara bilərlər. Bu xüsusiyyətin onların incinməkdən çəkinmələri və emosional güvən axtarışları ilə əlaqəli olduğu bildirilir.
Balıqlar
Balıqlar güclü təxəyyülləri və intuisiyaları ilə seçilirlər. İnsanların hisslərini asanlıqla sezə bildikləri düşünülür.
Lakin bəzən intuisiya ilə ehtimalları qarışdıra bilirlər. Sadə bir söhbəti zehnlərində müxtəlif ssenarilərlə genişləndirərək əslində deyilməyən fikirlərə belə məna yükləyə bilərlər.
Xüsusilə qeyri-müəyyən ifadələrlə qarşılaşdıqda həmin sözlər üzərində uzun müddət düşünmələri mümkündür.
/Demokrat.az











































