xari

"Hərb meydanında qələbəmiz Ağdam və Kəlbəcər rayonlarının siyasi yolla azad olunmasını təmin etdi"

SİYASƏT
15:19 30.11.2020
294

Millət vəkili Emin Hacıyev

Azərbaycanın işğalçı Ermənistanı hərb meydanında ağır məğlubiyyətə uğratması Ağdam və Kəlbəcər rayonlarının siyasi yolla azad olunmasını təmin etdi.

Noyabrın 20-də Ağdam, noyabrın 25 –də isə Kəlbəcər rayonu bir güllə belə atılmadan və şəhid vermədən ölkəmizin yurisdiksiyasına qayıtdı. Laçın rayonunun işğalçılardan tam boşaldılması isə dekabrın 1-də baş tutacaq.

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan 10 noyabr tarixli birgə bəyanata uyğun olaraq bu rayonlarımızın qrafik üzrə azad olunması bizim böyük siyasi uğurumuzdur.

Bütün bunları şərtləndirən əsas amil bizim düşmən üzərində möhtəşəm Qələbə çalaraq onu kapitulyasiyaya məcbur etməyimizdir.

Təbii ki, hərbi zəfərimiz olmasaydı, bütün bu siyasi qələbələrimiz də mümkün olmazdı. Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev Kəlbəcərin azad olunması ilə bağlı xalqa müraciətində bildirdiyi kimi, "Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı”.

Beləliklə, Azərbaycan döyüş meydanında, informasiya məkanında və siyasi müstəvidə Qələbə qazandı.

Bu gün Azərbaycana böyük Qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, müdrik və uzaqgörən siyasəti, qətiyyəti sayəsində Azərbaycan Ermənistanın 30 il davam edən bütün bu işğalçılıq siyasətinə son qoyaraq, öz ərazi bütövlüyünü təmin etdi. Kəlbəcərin işğaldan azad olunması həmçinin BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin icrasının təmin edilməsi deməkdir.

Onu da deyək ki, işğaldan sonra ərazidə qeyri-qanuni məskunlaşdırılan ermənilərin Kəlbəcəri təhlükəsiz şəkildə tərk etməsi, bütün əşyalarını götürməsi üçün lazımi şərait yaradılıb.

Hansı ki, 1993-cü il aprelin 2-də Kəlbəcər Ermənistan tərəfindən işğal olunan zaman azərbaycanlılar öz yurd-yuvalarından ayaqyalın qovulmuş, zorakılıqlara məruz qalmış, onlar arasında həlak olan, yaralanan, itkin düşənlər olmuşdu. Budur Azərbaycan və Ermənistan arasındakı daha bir fərq!

O da məlumdur ki, ermənilər Kəlbəcəri tərk edərkən evləri, meşələri yandırıb, suları çirkləndirərək ekoloji fəlakət törədiblər. Həmçinin düşmən illərdir tarixi-mədəni irsimizə qarşı vandallıq edib, məscidlərimizi dağıdıb, yerlə-yeksan edib.

Maraqlıdır ki, bütün bunları, o cümlədən Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərindəki mənzərəni, erməni vandallığını görməzdən gələn bəzi Qərb dairələri işğaldan azad edilmiş ərazilərimizdəki qədim Qafqaz Albaniyasına aid olan tarixi abidələrin, kilsələrin taleyindən narahatlıq ifadə etməkdədir. Lakin onlar unudurlar ki, Azərbaycan multikulturalizm, tolerantlıq, dinlərarası münasibətlə bağlı yürütdüyü siyasətə görə bütün dünyaya nümunədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kəlbəcərin azad olunması ilə bağlı təbrik çıxışında Kəlbəcərdə, eləcə də işğaldan azad edilən başqa rayonlarda quruculuq-bərpa işlərinin anonsunu verdi.

Kəlbəcərin təbii sərvətləri xalqımıza, rayonun iqtisadiyyatının dirçəlməsinə, turizmin inkişafına xidmət edəcək.

24 min hektarlıq meşə fondu daha qiymətli ağaclarla zənginləşdiriləcək. Yollar çəkiləcək, yeni yaşayış massivləri salınacaq.

Kəlbəcər ərazisi həm şirin, həm də mineral su ehtiyatları ilə zəngindir.

Tərtər çayı, Bazarçay, Xaçınçay, Böyük və Kiçik Alagöllərin Azərbaycanın nəzarətinə qaytarılması bizə su ehtiyatları məsələsində xeyli yeni imkanlar açır.

Azərbaycan Albaniyasına aid olan xristian məbədləri, İslam mədəni irsinin nümunələri, qalalar, körpülər burada tarixi turizmin, Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicəvi təsirə malik mineral su yataqları müalicə turizminin, rayonun aşıq sənətinin mərkəzlərindən biri olması mədəni turizmin, yüksək dağ zirvələri dağçılığın inkişaf etdirilməsinə imkan verəcək.

Eyni zamanda Kəlbəcərdə böyük kənd təsərrüfatı potensialı var.

Prezident cənab İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması ilə bağlı çıxışında bildirib ki, Kəlbəcərdə kənd təsərrüfatı, xüsusilə heyvandarlıq inkişaf edəcək: "Bizim orada böyük otlaq sahələrimiz var".

Nəhayət, Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 - Ağyataq, Levça, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları var.

Eyni zamanda, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı var.

Bütün bunlar o deməkdir ki, Kəlbəcər iqtisadi inkişaf baxımından ən münasib ərazilərdən biri və birincisidir. 

Bir daha qeyd etmək istərdim ki, müharibə bir daha kimin kim olduğunu göstərdi. Ermənistan məğlub, Azərbaycan isə bütün müstəvilərdə qalibdir! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:30 25.01.2021

Ceyhun Bayramov: “Vətən müharibəsi zamanı İran Azərbaycana bütün səviyyələrdə dəstək verdi”

17:20 25.01.2021

Koronavirus keçirən kişi vaksinasiyadan bir neçə saat sonra öldü

17:14 25.01.2021

Füzulinin Kürdlər kəndinin görüntüləri - VİDEO

17:02 25.01.2021

Türkiyəli professordan Çin peyvəndinin təsiri barədə AÇIQLAMA

17:00 25.01.2021

Qənirə Paşayeva Əliyar Əliyevin qızı ilə görüşdü

16:55 25.01.2021

Vladimir Putin Navalnının yaydığı videodan danışdı

16:51 25.01.2021

Biznesinizi Yelo bankla genişləndirin

16:32 25.01.2021

İspaniyada COVİD-19 pik həddə: Xəstəxanalar dolub

16:15 25.01.2021

Azərbaycan XİN rusiyalı deputatın adını "qara siyahı"ya salıb

16:02 25.01.2021

Hindistan-Çin hərbçiləri arasında atışma: Çox sayda yaralı var

15:56 25.01.2021

Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

15:52 25.01.2021

Xarici diplomların tanınması üzrə ödənişli xidmətin tətbiqinə başlanılıb

15:37 25.01.2021

Azərbaycanda 2020-ci ildə uşaqlara ən çox bu adlar qoyulub - STATİSTİKA

15:29 25.01.2021

Azərbaycanda rüşvət alan xəstəxana direktorunun tutulma görüntüləri yayıldı - ANBAAN VİDEO

15:27 25.01.2021

Çavuşoğlu: "Öldürülən Azərbaycan vətəndaşının nəşi ölkəsinə göndəriləcək"

15:02 25.01.2021

İranın XİN başçısı: "Şirkətlərimiz işğaldan azad olunan ərazilərdə işə başlamağa hazırdır"