Hərbçilərimiz Ankaraya yollanır

Hərbçilərimiz Ankaraya yollanır
Bütün Xəbərlər
12:49 29.03.2015
842
Azərbaycan və Türkiyə Silahlı Qüvvələri birgə müdafiə planlaşdırması keçirəcək.
Martın 30-dan aprelin 3-dək Türkiyənin Ankara şəhərində müdafiənin planlaşdırılması kursu keçiriləcək.
AZXEBER.COM-un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə bundan başqa martın 30-dan aprelin 2-dək Bakı şəhərində Azərbaycan-Pakistan işçi qrupunun 6-cı işçi görüşü, martın 31-dən aprelin 3-dək isə Bakı şəhərində strateji konsepsiyanın işlənib hazırlanması və planlaşdırılması seminarı baş tutacaq.
Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
OXŞAR XƏBƏRLƏR