Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi minaya düşüb.
AZXEBER.COM "Haqqin.az”a istinadən xəbər verir ki, insident Kəlbəcər rayonunun Zülfüqarlı kəndində baş verib.
Məlumata görə, sözügedən hərbçi Gəncədəki hospitallardan birinə çatdırılıb. Həkimlər hərbçinin ayağını amputasiya etməli olub.
***
Müdafiə Nazirliyindən bildirilib ki, bu gün Kəlbəcər rayonunun Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Eyniyev Yusif Süleyman oğlu xəsarət alıb. Əsgər Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyyə edilib.
Faktla bağlı araşdırma aparılır.