Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi
SOSİAL
18:34 17.07.2024
282

İyulun 17-də Hərbi Prokurorluqda cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində 2024-cü ilin birinci yarısında görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.


Respublika Hərbi Prokurorluğundan AZXEBER.COM-a bildirilib ki, kollegiya iclasından əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İclasda hesabat məruzəsi ilə çıxış edən hərbi prokuror vəzifəsini müvəqqəti icra edən hərbi prokurorun müavini ədliyyə general-mayoru Şəfahət İmranov Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini zamanın tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildən artıq müddət ərzində ölkəmizdə əldə olunmuş böyük uğurlardan, o cümlədən tarixi torpaqlarımızın işğaldan azad edilməsindən, həmin ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərindən bəhs edib. Əldə olunan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Məruzədə qeyd edilib ki, ötən dövrlərdə olduğu kimi, bu ilin birinci yarısında da Hərbi Prokurorluq orqanlarının fəaliyyəti uğurlu olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəldilib. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 98,6 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizinin üstünün açılması təmin edilib.

İnsan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, eləcə də cinayətkarlığa qarşı mübarizə sahəsində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış əlaqələrin çox böyük əhəmiyyəti olduğu bildirilib.

Bütün bunların nəticəsində də hesabat dövründə qeydə alınmış cinayətlər ötən ilin birinci yarımili ilə müqayisədə ümumilikdə 28,2, hərbi xidmət əleyhinə olan cinayətlər 25,2, qeyri-hərbi cinayətlər isə 31,2 faiz azalıb.

İclasda qeyd olunub ki, ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin birinci yarısında qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 75, özünü öldürmə həddinə çatdırma cinayətləri 80, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 3,2, tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkət cinayətləri 23,2, hərbi xidmətdən yayınma cinayətləri 31,4, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 90,9, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 33,3 və rüşvət alma (passiv rüşvətxorluq) və rüşvət vermə (aktiv rüşvətxorluq) cinayətləri 58,6 faiz azalıb.

Məruzə ətrafında çıxış edənlər hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Kollegiya iclasında, hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, "Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunmaqla, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi və işin səmərəliliyinin daim artırılması tələb edilib.

İclasın yekununda ədliyyə general-mayoru Şəfahət İmranov bildirib ki, Hərbi Prokurorluğun kollektivi Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi sahəsindəki fəaliyyətin səmərəliliyini daim artıracaq, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Uçuşunuz gecikir və ya ləğv edilib? Bilməli olduğunuz əsas məqamlar
16:09 26.08.2026
Uçuşunuz gecikir və ya ləğv edilib? Bilməli olduğunuz əsas məqamlar
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski
15:57 26.08.2026
Qulağınızı deşdirməzdən əvvəl bunları bilməlisiniz – İnfeksiya və çapıq riski
Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı təbrik edib
15:50 26.08.2026
Özbəkistan Peşəkar Futbol Liqası “Sabah”ı təbrik edib
Hava ilə bağlı xəbərdarlıq: Avqustun 27-dən 30-a qədər...
15:43 26.08.2026
Hava ilə bağlı xəbərdarlıq: Avqustun 27-dən 30-a qədər...
Valideyn övladının həyat yoldaşı seçiminə qarışmalıdırmı? – VİDEOSORĞU
15:42 26.08.2026
Valideyn övladının həyat yoldaşı seçiminə qarışmalıdırmı? – VİDEOSORĞU
Rusiyadan gətirilən sosislər ilə bağlı AQTA-dan açıqlama
15:40 26.08.2026
Rusiyadan gətirilən sosislər ilə bağlı AQTA-dan açıqlama
Mauro İkardi özünə klub tapa bilmir - Heç kim onu transfer etmək istəmir
15:39 26.08.2026
Mauro İkardi özünə klub tapa bilmir - Heç kim onu transfer etmək istəmir
Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit
15:28 26.08.2026
Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit
"Köçaryan illər boyu Ermənistanı qarət edib" - Erməni jurnalistdən özəl açıqlama
15:24 26.08.2026
"Köçaryan illər boyu Ermənistanı qarət edib" - Erməni jurnalistdən özəl açıqlama
“Fənərbaxça” Çempionlar Liqasına vəsiqə qazana biləcək? - "Lion" matçı saat neçədə, hansı telekanalda?
15:22 26.08.2026
“Fənərbaxça” Çempionlar Liqasına vəsiqə qazana biləcək? - "Lion" matçı saat neçədə, hansı telekanalda?
Qırğızıstanda küçə adları dəyişdirildi - Sovet adları milli adlar ilə əvəzləndi
15:16 26.08.2026
Qırğızıstanda küçə adları dəyişdirildi - Sovet adları milli adlar ilə əvəzləndi
Mənzil sahibi olmaq istəyənlər üçün Yasamalda fərqli ödəniş və yaşayış imkanları
15:13 26.08.2026
Mənzil sahibi olmaq istəyənlər üçün Yasamalda fərqli ödəniş və yaşayış imkanları
Netanyahu: İrana təzyiq üçün 3 variant mövcuddur
15:03 26.08.2026
Netanyahu: İrana təzyiq üçün 3 variant mövcuddur
"Sabah" ÇL-in əsas mərhələsinə düşməklə bu qədər pul qazandı
15:02 26.08.2026
"Sabah" ÇL-in əsas mərhələsinə düşməklə bu qədər pul qazandı
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
14:49 26.08.2026
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
Pezeşkian və Putin görüşməyi planlaşdırırlar
14:43 26.08.2026
Pezeşkian və Putin görüşməyi planlaşdırırlar