Hesab ödəməkdən boyun qaçıran bürclər

Hesab ödəməkdən boyun qaçıran bürclər
MARAQLI
01:13 09.07.2026
256
Astrologiya ilə bağlı yayımlanan əyləncəli şərhlərdə bəzi bürclərin restoran hesabı zamanı müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmağa meyilli olduğu iddia edilir.

Dostlarla keçirilən xoş bir yeməkdən sonra hesab masaya gələndə bəzi insanların davranışları dəyişə bilər. Telefon zəngi bəhanəsi, pulqabını unutmaq və ya tualetə getmək kimi klassik üsullar bu vəziyyətlərdə ən çox istifadə edilən bəhanələr arasında göstərilir.

Astroloji iddialara görə, hesab vaxtı "yoxa çıxmaq” bacarığı ilə seçilən 4 bürc bunlardır:

Buğa

Buğa bürcünün hesabın yaxınlaşdığını əvvəlcədən hiss etdiyi və ofisiant hesabı gətirməzdən əvvəl istənilən  bəhanə ilə masadan uzaqlaşa bildiyi iddia olunur. Geri qayıdanda isə heç nə olmamış kimi davrana biləcəyi qeyd edilir.

Əkizlər

Əkizlərin isə vəziyyəti əvvəlcədən hazırladığı irəli sürülür. Söhbəti canlandırdığı, hamının diqqətini yayındırdığı və hesab gələn anda telefon bəhanəsi ilə masadan uzaqlaşdığı iddia edilir.

Oxatan

Oxatan bürcünün bu vəziyyətdə planlı davranmadığı, sadəcə təsadüfən gecikdiyi deyilir. 

Oğlaq

Oğlaq bürcünün isə daha planlı hərəkət etdiyi iddia olunur. Hesabın gələcəyi vaxtı əvvəlcədən təxmin etdiyi və ödəniş prosesində masadan uzaq qala bildiyi yazılır.

/Demokrat.az
OXŞAR XƏBƏRLƏR