Hesablama Palatası Təhsil Nazirliyində yoxlama aparacaq

Bütün Xəbərlər
04:26 26.04.2011
2037

Bu  barədə qurumun növbəti Kollegiya iclasında qərar qəbul olunub. Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Təhsil bölməsi üzrə Təhsil Nazirliyinə (o cümlədən, məktəbdənkənar müəssisələrə, internatlara, xüsusi rejimli internatlara, uşaq evlərinə və digər təhsil müəssisələrinə) ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə və “Azərlotereya” ASC tərəfindən lotereyaların təşkili və keçirilməsi, emissiya edilən lotereyaların həcmi, strukturu, satışı və əldə edilən vəsaitlərin təyinatı üzrə istifadəsinə dair Audit proqramları təsdiq edilib.

Həmçinin, iclasda Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi üzrə audit tədbirinin nəticələri barədə Hesabat və Rəy müzakirə edilərək təsdiq olunub.

 

OXŞAR XƏBƏRLƏR