"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər”
AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminarda tarix elmləri doktoru Həsən Həsənov deyib.
O bildirib ki, son günlərdə yüzə yaxın tədqiqatçının adı çəkilir, lakin onların irəli sürdüyü fikirlərlə bağlı konkret mənbələr göstərilmir.
"Sadəcə tədqiqatçının adı çəkilir, mənbə olmadığı üçün mənbənin adı çəkilmir. Ermənilər bizə qarşı bir söz deyəndə mənbəyə baxın deyirlər. Mənbə varsa, əsaslıdır, tədqiqatçının adı çəkilirsə, bu, əsaslı deyil”, - deyə Həsən Həsənov bildirib.
Fəridə Əsədzadə











































