Həssas ərazilərdə yağış sularının toplanmasının qarşısı alınır - Fotolar

Həssas ərazilərdə yağış sularının toplanmasının qarşısı alınır - Fotolar
SOSİAL
15:16 03.10.2026
148
ADSEA-nın İri Şəhərlərin Su Təchizatı intensiv yağışlar zamanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

AZXEBER.COM xəbər verir ki, xüsusən payız və qış aylarında tullantı və yağış suları şəbəkələrinin daim təmizlənməsi intensiv yağışlar zamanı suların ətraf ərazilərdə toplanmasının qarşısının alınmasına müsbət təsir göstərir.

Yağışlardan öncə verilən proqnoz əsasında sukanal idarələri həssas nöqtələrdə, təyin olunmuş yerlərdə fasiləsiz xidmət göstərərək suların ətraf ərazilərdə toplanmasının qarşısını alırlar.

Körpülərin altında, küçə və prospektlərdə, qəsəbədaxili ərazilərdə yağış sularının idarə olunması işləri intensiv aparılır.

Xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi işləri icra olunur. Proseslərə müxtəlif funksiyaya malik texniklar da cəlb edilib. Ərazilərin yağış sularından təmizlənməsi və axıntıların kollektorlara yönləndirilməsi istiqamətdə işləri davam etdirilir.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR