Həyat yoldaşı ilə birgə özünü yandıran Qarabağ qazisi danışdı

Həyat yoldaşı ilə birgə özünü yandıran Qarabağ qazisi danışdı
Bütün Xəbərlər
14:43 14.08.2014
1152
Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında Qarabağ müharibəsi veteranı Elçin Salahov yoldaşı Jalə Salahova ilə birgə Prezident Administrasiyası önündə özlərini yandırıblar. Hazırda hər iki şəxs 5 saylı xəstəxananın yanıq şöbəsindədir.
Bu gün günorta saatlarında “Qarabağ qaziləri” Birliyinin sədri Etimad Əsədov bir qrup Qarabağ qazisi ilə birgə Elçin Həsənovu ziyarət ediblər. Onlardan yalnız E. Əsədov palataya buraxılıb. Birliyin sədri Elçin Salahovun yanında olarkən onlarla əlaqə saxladıq.
Durumu ilə bağlı olaraq, çox danışa bilməsə də Elçin Salahov vəziyyətinin ağır olduğunu bildirdi: “Burada bizə yardım edirlər, müalicəmizi aparırlar. Dünən Prezident Administrasiyasından nümayəndə gəldi, görüşdük və müalicəmizi öz üzərlərinə götürdülər. Söz veriblər ki, ev məsələsini də bizim xeyrimizə həll edəcəklər.”
39 yaşlı Qarabağ qazisinin sözlərinə görə, evdə onları 5 yaşlı qızları gözləyir. 33 yaşlı həyat yoldaşı Jalə Salahovanın vəziyyəti isə daha ağırdır, hələ də reanimasiyadadır.
Etimad Əsədov da təsdiqlədi ki, hazırda Elçin bəyin vəziyyəti normaldır: “Ağır dərəcəli yanıq xəsarəti var. Beli, ayaqları yanıb. Yoldaşının vəziyyəti yaxşı deyil, reanimasiyaya yerləşdiriblər. Bu addımı atmalarına səbəb məhkəmənin çıxardığı qərar olub. Azərbaycan məhkəməsi çox ədalətsiz qərar verib, onları öz pulu ilə aldıqları evdən çıxarıb”.
Etimad Əsədov Qarabağ qazilərinə olan laqeyd münasibətdən narazılığını bildirib: “Gərək bütün Qarabağ qaziləri özünü yandırsın ki, onların probleminə kimsə baxsın? Cənab Prezident hər görüşündə deyir ki, Qarabağ qazilərinə, əlillərinə, şəhid ailələrinə qayğı göstərilməlidir, hər kəs onlara hörmətlə yanaşmalıdır. Bütün bunları bilə-bilə məhkəmələrdə, dövlət qurumlarında Qarabağ veteranlarına çox aşağılayıcı, ögey münasibət var. Bunun da nəticəsi odur ki, Qarabağ qazisi ailəsi ilə birgə özünü yandırıb.”
Qeyd edək ki, Elçin Salahov 1992-1997-ci illərdə Tərtərdə cəbhə bölgəsində döyüşüb.
Musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
15:31 25.06.2025
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
15:25 25.06.2025
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
15:22 25.06.2025
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik