Həyatında ilk dəfə pornofilmə baxdı və arvadını gördü
MARAQLI
01:44 27.04.2012
4858
Ramazan adlı Misir vətəndaşı ömründə bir dəfə porno filmə baxıb və həyatı alt-üst olub.Ömründə ilk dəfə internet kluba gələrək pornoya baxmaq istəyən kişi şoka düşüb. Filmin baş rolunda onun arvadı çəkilibmiş. Kişinin salonda ürəyi gedib. Həkimlərin müdaxiləsindən sonra özünə gələn Ramazan evdə arvadından izahat tələb edib. Məlum olub ki, indi 4 uşaq anası olan qadın subay vaxtı sevişdiyi oğlanla birlikdə 11 pornofilmdə rol alıb. Ramazan isə 16 illik həyat yoldaşını bu hadisədən sonra boşayıb-boşamamaq barədə hələ ki, qərar verməyib.