Heydər Əliyev Fondunun dəstəyi ilə yeni muğam televiziya müsabiqəsi başlayacaq

ŞOU-BİZNES
19:10 07.01.2011
2170

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov AzərTAc-a bildirib ki, yanvarın 5-də müsabiqənin seçim turu başa çatıb, yarışmada iştirak edəcək iyirmilik müəyyənləşdirilib. Seçimlər əvvəl bölgələrdə, sonra Sumqayıt və Bakıda aparılıb.

Üçüncü dəfə keçiriləcək müsabiqənin münsiflər heyətinin tərkibi olduğu kimi qalıb. Buraya xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov, habelə Nadir Axundov daxildirlər.

Mənsum İbrahimov vurğulayıb ki, bundan əvvəlkində olduğu kimi, növbəti müsabiqədə də seçim SMS-lə deyil, yalnız münsiflər heyətinin qərarı ilə tam şəffaflıqla aparılacaq. Xalq artisti deyib ki, Beynəlxalq Muğam Mərkəzində keçiriləcək müsabiqə fevralın 1-dən etibarən AzTV ilə canlı yayımlanacaq.

Muğam televiziya müsabiqəsi ilk dəfə 2005-ci ildə keçirilib. İkinci dəfə 2007-ci ildə təşkil edilən müsabiqənin qalibləri Elməddin İbrahimov və Güllü Muradova olublar.

 

OXŞAR XƏBƏRLƏR