xari

Heydər Əliyev Fondu Əməkdar artistin səhhəti ilə bağlı göstəriş verdi

MƏDƏNİYYƏT
12:07 12.03.2021
379
"Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırovun səhhətində xüsusi bir irəliləyiş yoxdur”.

Bunu Oxu.Az-a açıqlamasında teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib. Onun sözlərinə görə, hazırda aktyorun vəziyyəti ağır-stabil olaraq qalır:

"Onun müalicəsi Heydər Əliyev Fondunun nəzarətindədir. Fondun göstərişi ilə Əməkdar artist özəl xəstəxanaya köçürülüb. Hazırda müalicəsi palatada davam edir”.

Qeyd edək ki, Əməkdar artist infarkt keçirmişdi. O, martın 3-də 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi.

OXŞAR XƏBƏRLƏR