Heydər Əliyev Fondundan fiziki cəhətdən qüsurlu uşaqlara yardım

Heydər Əliyev Fondundan fiziki cəhətdən qüsurlu uşaqlara yardım
Bütün Xəbərlər
01:05 24.10.2011
2573
Heydər Əliyev Fondu fiziki cəhətdən qüsurlu uşaqlara daim qayğı göstərir, onların normal təhsil almaları üçün hər cür şərait yaradır. Gəncədəki 45 saylı yardımçı məktəbdə təhsil alan 239 fiziki cəhətdən qüsurlu uşaq da bu qayğıdan bəhrələnir. Bu məktəbdə təhsil alan uşaqlardan 11 nəfərinin hərəkət imkanı tamamilə məhduddur.Məktəbdən AzərTAc-a bildirmişlər ki, Heydər Əliyev Fondu bir neçə il əvvəl burada təhsil alan 6 şagirdi əlil arabası ilə təmin etmişdir. Bu günlərdə Heydər Əliyev Fondu daha 5 uşağa əlil arabaları vermişdir.
OXŞAR XƏBƏRLƏR