Heydər Əliyev Hava Limanının əməkdaşından hörmətsizlik - VİDEO

Heydər Əliyev Hava Limanının əməkdaşından hörmətsizlik - VİDEO
Bütün Xəbərlər
15:41 21.06.2013
1587
Heydər Əliyev Beynəlxalq Hava Limanının əməkdaşı sərnişinlərə qarşı hörmətsizlik edib.AZXEBER.COM-un"xeberlent.az"a istinadən verdiyi məlumata görə, buranın əməkdaşı çoxlu sayda insanların gözləməsi azmış kimi, onlara arxasını çevirərək ayaqlarını yelləməyə başlayıb. Qeyd edək ki, bu kadrlar gizli çəkiliş vasitəsilə lentə alınıb.AZAL-ın xidmət rəisi Məhərrəm Səfərov isə açıqlamasında qurum əməkdaşının bu hərəkət tərbiyəsizliyə dəlalət etdiyini deyib. Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanının normal əməkdaşları vətəndaşlara qarşı bu cür laqeyd münasibət göstərməməlidir."Biz həmin əməkdaşın kimliyini araşdırdıq. Vətəndaşlara qarşı kobud, laqeydcəsinə münasibət göstərən əməkdaş Heydər Əliyev Beynəlxalq Hava Limanının yerüstü xidmət agenti Rauf Səfərovdur. Həmin əməkdaş bu gündən etibarən tutduğu vəzifədən azad olundu".
OXŞAR XƏBƏRLƏR