Heydər Əliyev Mərkəzində "Qəlbim sənindir” nadir incəsənət kompozisiyasının təqdimatı olub - FOTOLAR

Heydər Əliyev Mərkəzində "Qəlbim sənindir” nadir incəsənət kompozisiyasının təqdimatı olub - FOTOLAR
MƏDƏNİYYƏT
20:26 01.04.2025
245
Aprelin 1-dən Heydər Əliyev Mərkəzində daha bir məşhur əsər nümayiş olunur. Belə ki, bu gün italiyalı heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) nəfis bohem büllurundan və 6500 illik palıd ağacından hazırlanan "Qəlbim sənindir” (My heart is yours) əsərinin təqdimatı olub.

AZXEBER.COM xəbər verir ki, əsər ilk dəfə məhz Heydər Əliyev Mərkəzində nümayiş etdirilir.

Tədbiri açan Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzdə çoxlu sərgilərin keçirildiyini, mütəmadi olaraq İtaliya incəsənətinə müraciət edildiyini bildirib.

A.Ələkbərov ötən ilin sonunda COP29 çərçivəsində Lorenso Kuinnin "Təbiətdə tarazlıq” sərgisinin təqdimatının keçirildiyini və qonaqların Heydər Əliyev Mərkəzindəki bu sərgini çox bəyəndiklərini qeyd edib, müəllifə, sərginin kuratoruna və ekspozisiyanın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən "365 Art” şirkətinin təsisçisi, sərginin kuratoru Olqa Daniele "Qəlbim sənindir” əsərinin yekun formasının alınmasında müəllifin keçdiyi yolun kifayət qədər uzun olduğunu diqqətə çatdırıb. Deyib ki, hər hansı bir büllurun formaya salınması üçün onun məhz xüsusi üslubda işlənməsi mütləqdir. Qədim palıd materialı isə 6500 il qədər uzun tarix keçib və əsər üçün istifadə olunub.

Sərginin müəllifi Lorenso Kuinn "Qəlbim sənindir” əsərinin ilk dəfə məhz Heydər Əliyev Mərkəzində nümayiş etdirildiyini bildirib. O, əsərlərin insanları birləşdirməkdən, tarixçələri, ölkələri bir araya gətirməkdən ibarət olduğunu vurğulayaraq deyib. "Mən eşqə, məhəbbətə inanıram. İnsanlar görüşdükdə, onların qəlbləri birləşdikcə, əslində, onlar heç vaxt ayrılmırlar. Bir halda ki, insanlar arasında birləşmə var, o, artıq sarsılmazdır. Qədim palıd materialından hazırlanan "Qəlbim sənindir” əsəri isə daim davam edən münasibətlərin uzun ömrünə dəlalət edir".

Bu əsər nadir incəsənət kompozisiyalarından hesab olunur və kövrəkliyi, zərifliyi təcəssüm etdirir. Müəllif əsərin ifadəsini gücləndirmək üçün bir-birinə əks materiallardan istifadə edib. Belə ki, möhkəmliyi, gücü, qətiyyəti təcəssüm etdirən palıddan yaradılmış ürəyi olduqca həssas material sayılan Bohem kristalından hazırlanan incə əllər əhatələyib. Lorenso Kuinn daha çox insan əllərinin ifadəli təsvirləri ilə tanınıb, lakin o, ilk dəfədir ki, bunun hazırlanmasında büllurdan istifadə edib.

Hazırda Heydər Əliyev Mərkəzində Lorenso Kuinnin "Təbiətdə tarazlıq” fərdi sərgisi davam edir. "Qəlbim sənindir” kompozisiyası da bu sərginin davamı olaraq insanlıq və təbiət arasında əlaqə mesajını bir daha Heydər Əliyev Mərkəzindən ötürür.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail təyyarələri Suriyanın bir sıra bölgələrinə hücum edib
23:16 02.04.2025
İsrail təyyarələri Suriyanın bir sıra bölgələrinə hücum edib
Çexiyada sərnişin qatarı relsdən çıxıb
22:57 02.04.2025
Çexiyada sərnişin qatarı relsdən çıxıb
Avropa rəsmiləri və Aİ-nin ölkəmizdəki səfiri Ağdamda yenidənqurma işləri ilə tanış olublar - FOTOLAR
22:45 02.04.2025
Avropa rəsmiləri və Aİ-nin ölkəmizdəki səfiri Ağdamda yenidənqurma işləri ilə tanış olublar - FOTOLAR
Türkiyə İsraillə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
22:41 02.04.2025
Türkiyə İsraillə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb - FOTO
22:23 02.04.2025
Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb - FOTO
11 ildir tikilən yaşayış binası söküldü: Ev alan şəxslərin aqibəti necə olacaq?
22:17 02.04.2025
11 ildir tikilən yaşayış binası söküldü: Ev alan şəxslərin aqibəti necə olacaq?
NATO Qrenlandiya ilə bağlı mövqeyini açıqladı
22:07 02.04.2025
NATO Qrenlandiya ilə bağlı mövqeyini açıqladı
"Neftçi" öz meydanında "Sabah"a məğlub oldu
21:52 02.04.2025
"Neftçi" öz meydanında "Sabah"a məğlub oldu
Azərbaycan və Almaniya prezidentləri Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertdə iştirak ediblər
21:45 02.04.2025
Azərbaycan və Almaniya prezidentləri Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertdə iştirak ediblər
KİV: ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
21:39 02.04.2025
KİV: ABŞ İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevi təbrik edib
21:32 02.04.2025
ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevi təbrik edib
Rusiyanın İrkutsk vilayətində hərbi təyyarə qəzaya uğrayıb
21:24 02.04.2025
Rusiyanın İrkutsk vilayətində hərbi təyyarə qəzaya uğrayıb
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçib
21:12 02.04.2025
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçib
Çin Kommunist Partiyasının nümayəndə heyəti Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
20:56 02.04.2025
Çin Kommunist Partiyasının nümayəndə heyəti Ümummilli Liderin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Sumqayıtda küçədə kişi meyiti tapılıb
20:42 02.04.2025
Sumqayıtda küçədə kişi meyiti tapılıb
Prezident İlham Əliyev aprel ayında Çinə səfər edəcək
20:34 02.04.2025
Prezident İlham Əliyev aprel ayında Çinə səfər edəcək