Heydər Əliyev Mərkəzində baş vermiş yanğından sonra mərkəzdə təmir işləri gedir. Mərkəzin muzey hissəsinin tavanı dəyişdirilir.Yararsız vəziyyətə düşən hissələr xüsusi qablara yığılaraq qaldırıcı kranlar vasitəsilə yük maşınlarına boşaldılaraq ərazidən daşınır. Mərkəzdə təmir bərpa işlərinin nə vaxt başa çatacağı isə hələlik məlum deyil.Onu da qeyd edək ki, Heydər Əliyev Mərkəzində baş vermiş yanğınla əlqədar artıq 3 nəfər həbs edilib. Baş Prokurorluğun yaydığı məlumata görə, istintaq zamanı müəyyən olunub ki, mərkəzin muzey hissəsinin tavan örtüyündə qaynaq işləri aparılarkən yanğın təhlükəsizliyi qaydaları lazımi səviyyədə təşkil edilməyib. Buna görə tikintini aparan şirkətin mühəndisi Kaya Ümit Ruşen İhsan oğlu və subpodratçı firmanın iş icraçısı Şimşək Vedat Halit oğlu və qaynaqçı Karahan Ömər Şərif Ömər oğlu təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunublar. Onlar yanğın təhlükəsizliyi qaydalarını pozmaqla ağır nəticələrə səbəb olma maddəsilə ittiham olunurlar və barələrində artıq həbs qətimkan tədbiri seçilib.