Heydər Əliyev Mərkəzindən yanğın xəbərinə- RƏSMİ REAKSİYA

Heydər Əliyev Mərkəzindən yanğın xəbərinə- RƏSMİ REAKSİYA
Bütün Xəbərlər
22:06 27.07.2014
13860

Heydər Əliyev Mərkəzində yanğın olması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.  Heydər Əliyev Mərkəzinin ictimatiyyətlə əlaqələr departamentinin rəhbəri Gülşən Əliyevanın AZXEBER.COM-a verdiyi məlumata görə, bayram günləri ilə əlaqədar qeyri-iş günü olduğu nəzərə alınaraq Heydər Əliyev Mərkəzində təlimlər keçirilib. Qrafikə uyğun olaraq iyulun 27 və 28-də fövqəladə hallar və təhlükəsizlik qüvvələrinin təlimi təyin edilib.  Buna uyğun olaraq da Mərkəzdə təlimlər keçirilib.

Xatırladaq ki, bu gün "Anspress" saytı FHN-nin rəsmi mövqeyindən çıxış edərək mərkəzin zirzəmisində yanğın hadisəsinin baş verdiyini yazmışdı. 

OXŞAR XƏBƏRLƏR