Heydər Əliyev Mərkəzində yanğın olması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil. Heydər Əliyev Mərkəzinin ictimatiyyətlə əlaqələr departamentinin rəhbəri Gülşən Əliyevanın AZXEBER.COM-a verdiyi məlumata görə, bayram günləri ilə əlaqədar qeyri-iş günü olduğu nəzərə alınaraq Heydər Əliyev Mərkəzində təlimlər keçirilib. Qrafikə uyğun olaraq iyulun 27 və 28-də fövqəladə hallar və təhlükəsizlik qüvvələrinin təlimi təyin edilib. Buna uyğun olaraq da Mərkəzdə təlimlər keçirilib.
Xatırladaq ki, bu gün "Anspress" saytı FHN-nin rəsmi mövqeyindən çıxış edərək mərkəzin zirzəmisində yanğın hadisəsinin baş verdiyini yazmışdı.