Heydər Əliyev Muzeyində açıq dərs keçirildi

Heydər Əliyev Muzeyində açıq dərs keçirildi
Bütün Xəbərlər
08:23 06.11.2012
2346
Milli dəyərlərimizin qorunması və təbliği istiqamətində xalqımızın ümummilli lideri Heydər Əliyevin fəaliyyətinin məktəb şagirdlərinə öyrədilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil, Mədəniyyət və Turizm nazirlikləri tərəfindən noyabr ayında Naxçıvan şəhər tam orta məktəblərinin Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində keçəcəyi açıq dərslərin proqramı tərtib edilib. Noyabrın 5-də Naxçıvan şəhərindəki Heydər Əliyev adına məktəb tərtib edilmiş proqram üzrə muzeydə ilk açıq dərsini keçib. Açıq dərsdə məktəbin altı, səkkiz və doqquzuncu sinif şagirdləri iştirak ediblər.
Açıq dərsdən əvvəl ümummilli liderin keçdiyi həyat yolu, xalqımız üçün gördüyü böyük işlər, onun həyatının müxtəlif dövrlərinə aid olub muzeydə qorunan nadir eksponatlar, rəsmi sənədlər və fotoşəkillər haqqında şagirdlərə məlumat verilib.
Şagirdlər Heydər Əliyev adına orta məktəbin tarix müəllimi Feyruz Novruzovun “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda keçdiyi açıq dərsi dinləyib.
Açıq dərsin sonunda şagirdlərin sualları cavablandırılıb.
OXŞAR XƏBƏRLƏR