Heydər Əliyev prospekti müvəqqəti bağlanır

Heydər Əliyev prospekti müvəqqəti bağlanır
Bütün Xəbərlər
12:51 26.12.2014
980

Bu gün Bakıda daha bir mərkəzi küçədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Pünhan Mürsəliyevin sözlərinə görə, bu axşam saat 22:00-da Heydər Əliyev prospektinin Yusif Səfərov küçəsindən “Bağırov” körpüsünə qədər olan hissəsində gediş və gəliş olmaqla nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

O, bildirib ki, bağlanan yolda üfüqi nişanlanma işləri həyata keçiriləcək.//oxu.az

OXŞAR XƏBƏRLƏR