Heydər Əliyev prospektində əsas yolun bir hissəsində asfalt örtüyü yenilənib
SOSİAL
00:11 28.04.2026
641
Heydər Əliyev prospektində əsas yolun bir hissəsində asfalt örtüyü yenilənib.
AZXEBER.COMxəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin (AAYDA) məlumat yayıb.
"Rahat və təhlükəsiz hərəkətin təmin edilməsi istiqamətində işlər davam etdirilir. Bu çərçivədə Heydər Əliyev prospektində əsas yolun bir hissəsində asfalt örtüyü yenilənib. Vətəndaşların gündəlik həyatına minimum maneə yaratmaq məqsədilə təmir işləri gecə saatlarında aparılıb. Fasiləsiz çalışırıq ki, yolunuz açıq olsun!", - məlumatda qeyd olunub.