Heydər Əliyev prospektində yerləşən binalar söküləcək - FOTOLAR

Heydər Əliyev prospektində yerləşən binalar söküləcək - FOTOLAR
Bütün Xəbərlər
14:53 28.11.2013
1900

Nərimanov rayonunda köhnə binaların sökülməsinə start verilir.

AZXEBER.COM “Axar.az”a istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonunda, Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzi ilə “Saatlı bina” adı ilə tanınan bina arasındakı 6 bina söküləcək.Həmin binalarda yaşayan sakinlərin bildirdiyinə görə, onlara evlərindən çıxmaq üçün dekabrın 15-nə qədər vaxt verilib:“Bizə deyirlər ki, bu köhnə binaları söküb, yerində 7 mərtəbəli binalar tikəcəklər. Bu binalardakı əhali artıq başqa yerlərdə kirayə ev axtarır. Hamının kirayə pulunu da dövlət qarşılayacaq. Elə adam var ki, ona 300 manat, elələri də var ki, 400-500 manat verəcəklər. Deyirlər, iki il kirayə oturandan sonra burda tikiləcək binalardan mənzilimizi verəcəklər. Biz də razılaşmışıq”.Sakinlər onu da bildiriblər ki, arzusunda olan şəxs evini hər kvadrat metrinə görə 1500 manatdan sata da bilər:“Burda heç kim evini satmaq istəmir. Şəhərin ən yaxşı yerlərindən biridir. Hamı 2 il başqa yerdə yaşayacaq, binalar tikilən kimi daha geniş evlərə geri qayıdacaq. Bu bizə sərf edir”.Məlumat üçün bildirək ki, bu binalar 3 və 4 mərtəbəlidir. Böyüklüyündən asılı olaraq həmin binalarda 30, 45, 60 və daha çox ailə yaşayır.Binaların sökülməsinə gələn ilin əvvəlindən başlanılması gözlənilir. Tikinti işlərinin isə 2015-ci ildə Bakıda keçiriləcək “Avropa Oyunları”na qədər yekunlaşacağı bildirilib.Qeyd edək ki, həmin binaların fasadı 3 il öncə yüksək səviyyədə təmir olunsa da, binalar “xruşşovka”lardır və artıq öz ömürlərini başa vurublar. Ötən il həmin sıradakı köhnə “xruşşovka”lardan biri söküldü, sakinlər yaxınlıqdakı yeni tikiliyə köçürüldülər. Əvəzində isə sakinlərin ürəyincə olan yaşıllıq ərazisi daha da genişləndirildi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
17:52 12.07.2025
Əhməd Əl Şaraa Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
17:39 12.07.2025
KİV: İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar aparacaq
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
17:26 12.07.2025
Abbas Əraqçi: İran BAEA ilə yeni formatda əməkdaşlıq etmək niyyətindədir
Azərbaycanda sabiq nazir vəfat etdi
17:05 12.07.2025
Azərbaycanda sabiq nazir vəfat etdi
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
16:59 12.07.2025
Rusiyanın mediadan xarici siyasət təsir aləti kimi istifadə etməsi regional sabitlik üçün təhdid alətinə çevrilib - RƏY
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
16:29 12.07.2025
“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
16:17 12.07.2025
Sahib Alıyev: "Sputnik Azərbaycan"ın həbs olunan rəhbərlərinin jurnalistikaya heç bir aidiyyəti yoxdur
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
15:52 12.07.2025
Şəhid polkovnik Raquf Orucovun doğum günüdür
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
15:41 12.07.2025
İsmayıllıda 40 yaşlı qadın itkin düşdü
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
15:36 12.07.2025
Azərbaycan qazı Suriyaya ixrac ediləcək
Aktauda yeni "Seebreze" açılacaq?
15:11 12.07.2025
Aktauda yeni "Seebreze" açılacaq?
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
14:42 12.07.2025
SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
14:37 12.07.2025
“Turan Tovuz”-“Traktor” matçının tarixi açıqlandı
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
14:28 12.07.2025
Kəmaləddin Heydərov BMMT-nin yeni Baş katibi ilə Fəxri xiyabanı ziyarət edib - FOTO
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
14:10 12.07.2025
İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı
13:40 12.07.2025
Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı