Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası

Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası
SİYASƏT
10:35 20.04.2023
831
Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır. Müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında, dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətimizin dünya miqyasında tanıdılmasında Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidmətləri danılmazdır. 
Xalqımızın son otuz illik tarixi məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. 

Müstəqillik illərində Ümummilli Liderin hakimiyyətə dönüşü xalqımız üçün taleyüklü bir dövrə təsadüf edirdi. Belə ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin qarşısında müstəqil Azərbaycanı hər an baş verə biləcək vətəndaş müharibəsindən xilas etmək kimi məsuliyyətli və tarixi vəzifələr dururdu. Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin siyasi-iqtisadi və idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev şəxsiyyəti xilas edə bilər. Çünki ümummilli liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə olan dərin məhəbbəti onun bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu.

Dahi Öndər Heydər Əliyev fəaliyyətə başladığı ilk dövrdə iqtisadiyyatın nə qədər mühüm sahə olduğuna diqqət çəkmişdir. Ulu Öndər demişdir, "Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifahı aşağı düşüb. Lakin ölkəmizin böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə yeni iqtisadi yüksəliş başladı.

Ulu Öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək tezliklə ölkədə baş alıb gedən tənəzzülü dayandırdı və tərəqqiyə nail oldu. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin olundu və beləliklə də iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı. 
Bu məqamda qarşıda duran ən mühüm vəzifələr siyasi-iqtisadi sabitliyə nail olmaq və Azərbaycanı dünyaya tanıtmaq idi.Heydər Əliyev Azərbaycan dövlətininin düşünülmüş davamlı iqtisadi strategiyasını təmin etməklə buna nail olaraq ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynadı.

Ulu Öndər Heydər Əliyevin apardığı bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz inkişafını yenidən bərpa edir, qüdrətlənirdi. Bu inkişaf özünü hər sahədə göstərirdi. Bura sahibkarlığı, kənd təsərrüfatını, sənayeni, neft sənayesini, bank sahəsini, vergi sahəsini və digər sahələri daxil etmək olar.
 Ölkədə sağlam sahibkarlığın inkişafı üçün əlverişli mühitin yaradılması dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birinə çevrildi. Azərbaycan iqtisadiyyatında müsbət meyllərin əldə olunması və dünyanın tanınmış neft şirkətləri ilə ölkədə neft hasilatına dair bağlanmış müqavilələrin işə düşməsi sahibkarlığın inkişafına əlverişli imkanlar açmışdır.
Bu gün ölkədə sahibkarlığın inkişafı üçün zəruri mühitin yaradılması, ölkənin sosial-iqtisadi həyatına ciddi təsir göstərə bilən sanballı qüvvəyə çevrilmişdir. Ulu Öndər Heydər Əliyev bildirmişdi ki, "Azərbaycan dövləti sahibkarlığın sürətlə inkişaf etdirilməsini ölkədə iqtisadi və sosial problemlərin həllinin, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsinin mühüm amili hesab edir.” 

Azərbaycanın bu gün beynəlxalq miqyasda uğurlu model kimi qəbul edilən davamlı inkişaf strategiyasının əsası da məhz "Əsrin müqaviləsi” ilə qoyulub. "Əsrin müqaviləsi” Heydər Əliyevin bugünkü və sabahkı nəsillər qarşısında tarixi xidmətidir. Respublika sarayında "Əsrin Müqaviləsi”nin beşinci ildönümünə həsr edilmiş təntənəli mərasimdə çıxışı zamanı Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, "Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır.” 

Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi. 

Ulu Öndərin əsasını qoyduğu mükəmməl iqtisadi siyasət nəticəsində bu gün ölkəmiz neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektoru sürətlə inkişaf edir, ölkəmizin ixrac imkanları genişlənir. Ulu öndərin sözü ilə desək: "İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!”
 
Ümummilli Liderin əməlləri və ideyaları ölkəmizin Prezidenti cənab İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində yaşayır. Belə ki, 2020-ci ildə Silahlı Qüvvələrin Ali Baş Komandanı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi uğurla başa çatdi. Möhtəşəm Azərbaycan ordusu bütün dünyaya öz gücunu göstərdi. Muasir dövrdə davam etdirilən sosial, iqtisadi və hərbi sahədə inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın butun gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.
 
Naftalan şəhər sakini Kəmalə Hüseynova





















OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
21:37 03.07.2026
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
21:26 03.07.2026
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
21:19 03.07.2026
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
21:12 03.07.2026
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
Nazirin müşavirinə yeni vəzifə verildi
21:05 03.07.2026
Nazirin müşavirinə yeni vəzifə verildi
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
20:52 03.07.2026
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
20:49 03.07.2026
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
20:44 03.07.2026
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
20:36 03.07.2026
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."
20:28 03.07.2026
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı
20:15 03.07.2026
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı
Günel Mövludun Bakıya gələn həyat yoldaşı həbs edildi
20:08 03.07.2026
Günel Mövludun Bakıya gələn həyat yoldaşı həbs edildi
Daha bir itkin düşmüş şəhidimiz Kəlbəcərdə dəfn olundu - FOTOLAR
20:04 03.07.2026
Daha bir itkin düşmüş şəhidimiz Kəlbəcərdə dəfn olundu - FOTOLAR
Röyadan Arzumun həbsinə münasibət: Məni ağlatdı
19:47 03.07.2026
Röyadan Arzumun həbsinə münasibət: Məni ağlatdı
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman istefaya göndərilib
19:38 03.07.2026
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman istefaya göndərilib
Massimiliano Alleqrinin yeni iş yeri bəlli oldu
18:57 03.07.2026
Massimiliano Alleqrinin yeni iş yeri bəlli oldu