“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb
GƏNCLİK
16:48 06.05.2016
4904
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Gəncliyə Yardım Fondunda Ümummilli Lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş konfrans və Bakı şəhər orta məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda konfrans və inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbrdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun məsul işçisi Rahu Qurbanova, Gəncliyə Yardım Fondunun prezidenti Ahmed Teçim, Tələbə Gənclər Təşkilatlarının nümayəndələri, şagirdlər, valideyn və müəllimlər iştirak ediblər.

Tədbir açıq elan olunduqdan sonra toplantı iştirakçıları tərəfindən Azərbaycan Dövlət himni canlı olaraq səslənib. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən video rolik tədbir iştirakçılarına göstərilib.

Tədbiri giriş sözü ilə açan Gəncliyə Yardım Fondunun prezidenti Ahmed Teçim Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun məsul işçisi Rahu Qurbanova müsabiqənin keçirilməsinin əhəmiyyətini yüksək dəyərləndirib. Rahu Qurbanova müstəqil Azərbaycan dövlətinin banisinin zəngin irsinin, ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsinin onlarda dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərdiyini qeyd edib.

Baş İdarənin rəisi Raqif Abbasov müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi baxımından inşa yazı müsabiqəsinin əhəmiyyətindən söhbət açıb, bunun Ümummilli Liderə ehtiramın bariz nümunəsi olduğunu nəzərə çatdırıb və çıxışının sonunda müsabiqənin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.

Sonda “ Heydər Əliyev və Müstəqil Azərbaycan ” mövzusunda keçirilən inşa yazı müsabiqəsində I, II, III və fərqlənmiş şagirdlər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təltif olundular. Nəticələrə görə I yerə Firəvan Əlizadə (Səbail rayonu 7 saylı orta məktəb), II yerə Zərnigar Nəbiyeva (Nərimanov rayonu Humanitar lisey), III yerə isə Aysel Tahirova (Suraxanı rayonu 327 saylı orta məktəb) layiq görülüblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
14:38 25.08.2025
Polşada dövlət sirrini yayan eks-nazir və müşavir ifşa edildi - Həbs oluna bilərlər
Ağdamda itkin düşən qız tapıldı
14:31 25.08.2025
Ağdamda itkin düşən qız tapıldı
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
12:28 25.08.2025
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
12:12 25.08.2025
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib