Heydər Əliyevə aid olduğu deyilən maşın satışda- FOTO

Heydər Əliyevə aid olduğu deyilən maşın satışda- FOTO
Bütün Xəbərlər
00:38 27.08.2015
2357
Rusiyanın Krasnoyarsk şəhərində QAZ-12 "ZİM" markalı avtomobil internet vasitəsi ilə satışa çıxarılıb.

AZXEBER.COM baku.ws-ə istinadən xəbər verir ki, avtomobili satan şəxs QAZ-12 "ZİM"in əvvəllər Azərbaycanın üçüncü prezidenti, mərhum Heydər Əliyevə aid olduğunu iddia edib. 24auto.ru saytında yerləşdirilən elanda qeyd edilir ki, avtomobil 1951-ci ildə istehsal edilib.

Bəzi məlumatlara görə, maşın Azərbaycandan, Heydər Əliyevin qarajından gətirilib. Əsaslı təmirdən sonra avtomobil elektrik şüşəqaldıranla, bort kompüteri, televizor, siqnalizasiya ilə təchiz edilib. Avtomobilin qiyməti 1 mln. 410 min rubldur (21000 AZN).

QAZ-12 markalı avtomobil 1949-cu ildən 1959-cu ilə qədər Qorki Avtomobil zavodunda istehsal edilib. Bu avtomobillər daha çox partiya və hökumət nümayəndələri üçün xidməti avtomobil kimi istifadə olunurdu.

OXŞAR XƏBƏRLƏR