Heydər Əliyevin keçmiş tərcüməçisi vəfat etdi

Heydər Əliyevin keçmiş tərcüməçisi vəfat etdi
Bütün Xəbərlər
11:48 05.05.2014
959

Azərbaycan Dillər Universitetinə ağır itki üz verib. ADU-nun Müasir Alman dili kafedrasının dosenti, tanınmış tərcüməçi-alim Çərkəz Qurbanlı vəfat edib. Bu barədə universitetin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova məlumat verib. Çərkəz Qurbanlı Məhəmməd Əsəd Bəyin Azərbaycandakı araşdırıcılarından olub. O, Əsəd bəyin 6 əsərini, o cümlədən «Əli və Nino» romanını alman dilindən Azərbaycan dilinə çevirib. Çərkəz Qurbanlı Kafkanın əsərlərinin tərcüməsinə görə Avstriya hökumətinin mükafatını da alıb. Qeyd edək ki, Çərkəz Qurbanlı bir vaxtlar mərhum, eks-prezident Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi də çalışıb. Allah rəhmət eləsin! (musavat.com)

OXŞAR XƏBƏRLƏR