“Heyrətamiz proyektlər üzərində işləyirəm” - FOTO

GƏNCLİK
02:22 29.10.2011
2194
Bu günə qədər əldə etdiyi uğurlara görə heç kəsə borclu olmadığını deyən Orxan Abbasov, AZXEBER.COM-a verdiyi açıqlamada öz keçmişindən və gələcəkdə reallaşdıracağı layihələrdən danışıb: “Uzun zamandır təşkilatçılıq və piar işlərilə məşğul olmağıma baxmayaraq, yeniyetmə vaxtlarımdan üzərində düşündüyüm əsas proyektimi hələ ki reallaşdıra bilməmişəm. Hal-hazırda üzərində işlədiyim həmin layihəni tezliklə həyata keçirə biləcəyimi, bu layihədə öz hisslərimi və potensialımı tam şəkildə insanlara çatdıra biləcəyəmi düşünürəm. “ Eyni zamanda bacarıqlı fotoqraf olan təşkilatçı, yeni layihəsinin nədən ibarət olacağı barədə də sualımızı qısa olaraq cavablandırıb: “Söz etdiyim və uşaqlıqdan reallaşdırmağa çalışdığım bu layihə, bütün dünyanın çoxdan tanış olduğu əsrarəngiz “Titanik” filminə aiddir. Lakin, proyektin təfərrüatı barədə indidən uzun-uzadı danışmaq istəməzdim, müəyyən mənada sürpriz olaraq qalmasını istərdim. Bu proyektin insanlar tərəfindən çox maraqla qarşılanacağına əmin olduğumu da vurğulamaq istəyirəm ” Azərbaycan Şou-Biznesindən də danışmağı unutmayan Orxan Abbasov, hal-hazırda Azərbaycanda lazımı qədər tanınmayan, istedadlı və potensiallı yaradıcı gənc ordusunun formalaşdığını bildirib: “Bu gün Azərbaycanda kifayət qədər istedada malik olan, lakin, fəaliyyətləri maddiyyat ucbatından lazım olduğu qədər müzakirə obyekti olmayan gənclərimiz var. Bunlardan, xüsusilə, şair-bəstəkar Tural Bakuvini, gitarist-ifaçı Rəmal Rəsulu, müğənni Tural Əzimovu, fotoqraf Xəzər Məmmədovu və başqalarını göstərə bilərəm. Bacarıqlı təşkilatçı Orxan Abbasov, son olaraq, asudə vaxtını necə keçirdiyi və hobbiləri barədə sualları da cavablayıb: “Demək olar ki boş vaxtım qalmır və mənim hobbim elə öz peşəmdir. Çünki, həqiqətən də, işimlə məşğul olarkən istirahət etdiyimi və ruhən dincəldiyimi hiss edirəm” .

OXŞAR XƏBƏRLƏR