Hikmət Hacıyev: Avropa İttifaqının bəyanatı həqiqəti əks etdirmir

Hikmət Hacıyev: Avropa İttifaqının bəyanatı həqiqəti əks etdirmir
SİYASƏT
23:21 23.10.2019
8582
Bakının mərkəzində icazəsiz mitinq keçirmək cəhdi bəzi qruplar tərəfindən birtərəfli və təhrif olunmuş şəkildə təqdim edilib. Avropa İttifaqının bununla bağlı verdiyi tələsik bəyanat da həqiqəti əks etdirmir. Həddən artıq güc tətbiqi və onlarla insanın saxlanılması barədə bəyanatlar həqiqətə uyğun deyil.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Avropa İttifaqı məsələlərini işıqlandıran nüfuzlu "EurActiv” portalında dərc olunmuş məqaləsində bildirilir.

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanda sərbəst toplaşma azadlığı tam şəkildə təmin olunub. Bakı Şəhər İcra Hakimiyyəti müxalif qrupun mitinq keçirmək müraciətinə cavab olaraq şəhərin Lökbatan ərazisini təklif etmişdi. Lakin sözügedən qrup bundan imtina etdi. Onlar Bakı metrosunun "28 May” stansiyası ərazisində razılaşdırılmamış mitinq keçirməyə cəhd etdilər. "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna əsasən metro stansiyaları ərazilərində kütləvi mitinqlər və nümayişlər keçirmək təhlükəsizlik məsələləri ilə əlaqədar qadağandır. Həmin qrupun oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyəti qarşısında piket keçirmək müraciəti də təmin olunmuşdu. Lakin onlar bunu hərəkətin sıx olduğu vaxtda mərkəzi küçədə mitinqə çevirməyə çalışdılar.

Oktyabrın 19-da keçirilən mitinqdə Azərbaycan polisinin peşəkar davrandığını qeyd edən Prezident Administrasiyasının rəsmisi saxlanılan şəxslərə xəbərdarlıq ediləndən sonra azad olunduqlarını bildirib. Heç kim xəsarət almayıb. Bəzi şəxslərin, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Əli Kərimlinin polis tərəfindən xəsarət almaları barədə bəyanatları yalandan başqa bir şey deyil.

Hikmət Hacıyev məqalədə Avropa ölkələrinin paytaxtlarında dinc nümayişlər zamanı rezin güllələrdən və itlərdən istifadə edilməklə həddən artıq güc tətbiq olunduğunu xatırladıb. O vurğulayıb ki, Bakıdakı aksiyanın əsl hədəfi həddən artıq dramatikləşdirilmiş teatr səhnəsi nümayiş etdirmək idi. Bu etirazın əsas məqsədi vəziyyəti dramatikləşdirmək və qurban obrazı yaratmaq idi. Onlar daxili və xarici ictimai dəstək əldə etmək istəyirdilər. Onların 90-cı illərin əvvəlində həyata keçirdikləri siyasət Azərbaycanı vətəndaş müharibəsi təhlükəsi ilə və müvəffəqiyyətsizliklə üz-üzə qoymuşdu. Anarxiya, küçə etirazları, populizm və demaqogiya onların istifadə etdikləri vasitələrdir.

Sonda Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, Azərbaycan xalqı hakimiyyətin mənbəyidir və seçkilərdə iştirak edir. Demokratik və sabit inkişaf Azərbaycanın şüurlu seçimidir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb