Hikmət Hacıyev: Bizim məqsədimiz qisas deyil, gələcək sülhə çağırışdır

Hikmət Hacıyev: Bizim məqsədimiz qisas deyil, gələcək sülhə çağırışdır
SİYASƏT
15:02 22.10.2021
531
2020-ci il Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən bir dövr oldu. Nəhayət ki, 30 ildən sonra Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyuldu və xalqımız öz liderinin ətrafında sıx birləşərək Vətən müharibəsinə qalxdı. Bunun nəticəsində "Qarabağ Azərbaycandır!" şüarı ilə torpaqlarımızı işğaldan azad etdik.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Şurasının mediaforumunda çıxış edərkən bildirib.

"İlk növbədə, başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla qardaş Türkiyənin Azərbaycanın yanında olmasını, mənəvi, siyasi, diplomatik dəstək verməsini qeyd etmək istərdim.

Həmin dövrdə Türkiyənin nəbzi, ürəyi Azərbaycanla döyünürdü və nəhayət, Azərbaycan xalqının bu həsrətinə son qoyuldu. Eyni zamanda, Türk Şurasına üzv ölkələr və başda Şuranın baş katibi olmaqla 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqına öz dəstəklərini əsirgəmədilər.

Vətən müharibəsi dövründə iki qardaş ölkənin KİV-ləri də çiyin-çiyinə mübarizə apardılar”, - deyə Hikmət Hacıyev qeyd edib.

Belə bir medaiforumun təşkilinin uzun illərdir gözlənildiyini vurğulayan Prezidentin köməkçisi deyib:

"Bizim media nümayəndələrini belə bir formatda görməkdən xüsusi sevinc və qürur hissi duyuruq. Çünki sizlər arasında olan münasibətlər media sahəsindəki gücümüzü artırır. Bu eyni zamanda liderlərimiz tərəfindən qarşımıza qoyulan tapşırıqdır.

Ortaq kökümüzün, mədəniyyətlərimizin insanlara, xüsusən də gənclərimizə daha yaxından tanıdılması, eyni zamanda zəngin türk mədəniyyətinin dünyaya tanıdılması istiqamətində işlərin aparılması mühüm əhəmiyyət daşıyır”.

Azərbaycanın qarşısında duran yeni vəzifələrdən birinin Qarabağın yenidən qurulması olduğunu söyləyən Hikmət Hacıyev bildirib ki, işğaldan azad olunmuş torpaqlarımız tamamilə dağıdılıb. XXI əsrdə bir torpağın, bir şəhərin bu şəkildə dağıdılması insanın ağlına gələcək bir mənzərə deyil. Qardaş türk ölkələrinin media mənsublarına təşəkkür edirəm ki, onlar bu vandalizmi dünya ictimaiyyətinin diqqətinə çatdırırlar.

"Bizim məqsədimiz qisas deyil, gələcək sülhə çağırışdır. Bizim məqsədimiz gələcəkdə dünyada baş verə biləcək bu kimi əməllərin qarşısını almaqdır. Qarabağda Azərbaycan və türk xalqına məxsus zəngin mədəniyyət irsi var. Təəssüf ki, bu mədəni irsimiz də illər uzunu məhv edilib. İşğal altındakı torpaqlarda olan 67 məscid dağıdılıb, bütün müsəlmanlar təhqir edilərək bu məscidlərdə ermənilər tərəfindən donuz saxlanılıb.

Bu gün Azərbaycan Qarabağı yenidən qurmaq və türk-İslam sivilizasiyasının mərkəzi bölgəsi kimi Qarabağın tarixi nüfuzunu özünə qaytarmaq əzmindədir. Əminik ki, qardaş türk ölkələri də bu prosesdə Azərbaycanın yanında olacaqlar və biz bu məsələdə də birgə fəaliyyət göstərəcəyik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
16:01 09.10.2026
Aylıq ödəniş az görünür, amma... – Kreditlə alış-veriş edənlərə XƏBƏRDARLIQ
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
15:54 09.10.2026
Xəzərin dayazlaşmasının qarşısını almaq üçün nə etmək lazımdır? - Ekoloq danışdı
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
15:30 09.10.2026
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
"Xəzərin taleyi Volqadan başlayır"
15:19 09.10.2026
"Xəzərin taleyi Volqadan başlayır"
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
14:49 09.10.2026
Beyləqanda “Texnologiya” dərsində şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər - FOTO
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
14:34 09.10.2026
Hicab üzərindən Azərbaycana qarşı "Troya atı" oyunu…
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR
14:27 09.10.2026
İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilir - FOTOLAR
Köhnə mənzil alıb təmir edənlərə VACİB XƏBƏR
14:23 09.10.2026
Köhnə mənzil alıb təmir edənlərə VACİB XƏBƏR
Polşada gecə spirtli içkilərin satışı qadağan edildi
14:04 09.10.2026
Polşada gecə spirtli içkilərin satışı qadağan edildi
Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir
14:00 09.10.2026
Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir
"Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
13:49 09.10.2026
"Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"
Taksi qiymətləri sizi qane edir, yoxsa bahadır? – VİDEOSORĞU
13:46 09.10.2026
Taksi qiymətləri sizi qane edir, yoxsa bahadır? – VİDEOSORĞU
"Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü?" - Rəşad Məcid
13:43 09.10.2026
"Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü?" - Rəşad Məcid
Yol polisi velosipedçilərə müraciət etdi
13:43 09.10.2026
Yol polisi velosipedçilərə müraciət etdi
Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir - FOTO
13:35 09.10.2026
Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir - FOTO
İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTOLAR
13:32 09.10.2026
İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTOLAR