Hindistan ştammının Azərbaycana gəlmə ehtimalı yüksəkdir - TƏBİB

Hindistan ştammının Azərbaycana gəlmə ehtimalı yüksəkdir - TƏBİB
SOSİAL
17:16 25.06.2021
2009
Hindistan ştammının Azərbaycana gəlmə ehtimalı yüksəkdir.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva "COVID-19" mövzusunda çıxışında deyib.

O bildirib ki, bu ştamm dünyanın 90-dan çox ölkəsində qeydə alınıb. Türkiyənin 16 vilayətində koronavirusun Hindistan ştammı aşkarlanıb: "Hazırda bizdə koronavirusa yoluxma sayı azdır. Azərbaycanda bu ştamma yoluxuma olmayıb. Bu ştammın ölkəyə gəlmə ehtimalı da yüksəkdir. Çünki Azərbaycan digər ölkələrdən izolə olunmuş vəziyyətdə deyil".
OXŞAR XƏBƏRLƏR