Hindistanın paytaxtı Dehli şəhərində bir il ərzində mindən çox denqe qızdırması xəstəliyinə yoluxma halı aşkarlanıb. Son həftədə bu rəqəm 238 təşkil edib.
AZXEBER.COM xəbər verir ki, bu ilin əvvəlindən oktyabrın 23-dək Dehlidə 1 006 yoluxma qeydə alınıb. Təkcə oktaybr ayında 665 nəfərdə virus aşkarlanıb.
Sentyabrın sonunda Hindistan səlahiyyətliləri ölkənin 11 ştatında denqe qızdırmasının yayılma ehtimalı ilə əlaqədar xəbərdarlıq etmişdi. Denqe qızdırması ağcaqanad sancmaları vasitəsilə insana ötürülən virus infeksiyasıdır. Xüsusi halda, xəstəliyə yoluxma hadisələrinin artımı yağıntılı mövsümündə- iyunda, sentyabrda, dekabrda və martda rast gəlinir.