HİT.Az saytının təsisçisi və baş redaktoru dəyişdi

HİT.Az saytının təsisçisi və baş redaktoru dəyişdi
MEDIA
16:17 02.05.2023
239
HİT.Az saytının təsisçisi və baş redaktoru dəyişib. 

AZXEBER.COM xəbər verir ki, mayın 1-dən sayt tanınmış jurnalist Gülnarə Əmirqızının təsisçiliyi və baş redaktorluğu ilə fəaliyyət gəstərməyə başlayıb. 

Gülnarə Əmirqızı məlumatı təsdiqləyib.

"May ayının 1-dən HİT.az saytının təsisçisi və baş redaktoruyam. Sayt baş direktoru olduğum "GMMEDİA” MMC-nin tərkibində fəaliyyət göstərəcək”, deyə o bildirib. 

HİT.az saytı 2020-ci il mayın 1-dən fəaliyyət göstərir. 

Gülnarə Əmirqızı 22 ildir media sahəsində çalışır. O, ölkənin tanınmış media quruluşlarında jurnalist və PR menecer kimi fəaliyyət göstərib.
OXŞAR XƏBƏRLƏR