Hollandiyada azərbaycanlı kişi ailəsini qətlə yetirdi: 3 ölü

Hollandiyada azərbaycanlı kişi ailəsini qətlə yetirdi: 3 ölü
Bütün Xəbərlər
14:05 16.05.2011
1734
Bu gün səhər saatlarında Hollandiyanın Rotterdam vilayətinin Zvijndrext şəhərində 3 azərbaycanlı öldürülüb. Azərbaycan əsilli kişi öz həyat yoldaşını, qayınatasını və qayınanasını güllələyib.

Məlumatda bildirilir ki, həmin şəxs ailə üzvlərini qətlə yetirdikdən sonra aradan çıxıb. Hadisə yerinin ətrafına çoxlu polis vertolyotları cəmləşdirilib.

Qeyd edək ki, hadisə türklərin sıx yaşadığı yaşayış massivində baş verib. Rotterdam vilayətində 900 nəfərədək həmvətənimiz yaşayır.//lent.az

 

OXŞAR XƏBƏRLƏR