Yanvarın 22-də intihar edən gənc homoseksual İsa Şahmarlının məzarının dağıdıldığı barədə məlumat yayılıb
Yanvarın 22-də intihar edən gənc homoseksual İsa Şahmarlının məzarının dağıdıldığı barədə məlumat yayılıb. Xəbərin düzgünlüyünü yoxlamaq üçün, ANS-in əməkdaşı hadisə yerinə yollanıb.ANS PRESS-in məlumatına görə, ANS kanalının əməkdaşı Gülnar Orucovanı İsa Şahmarlının dəfn olunduğu Binə qəsəbəsindəki qəbristanlıqda bir neçə nəfər qarşılayıb. Özünü Emil, İsanın əmisi kimi təqdim edən şəxs ANS-in əməkdaşlarının çəkiliş aparmalarına mane olmağa çalışıb.Sonradan çəkilişə şərait tapan müxbirlər, qəbirin üzərindəki cinsi azlıqlara məxsus bayrağın və güllərin götürüldüyün şahidi olub. Qəbirin üstündə ayaq izləri də olub. Lakin qəbir dağıdılmayıb. Qəbristanlıqdakı mollaların dediklərinə görə, məzarı tez-tez ziyarət edirlər.



