Homoseksuallıq nədir?

Homoseksuallıq nədir?
Bütün Xəbərlər
23:30 17.05.2014
6210

Homoseksuallıq nədir?

Homoseksuallıq 3 əsas cinsi yönəlimdən (orientasiyadan) biri olub, fərdin öz həmcinsinə qarşı romantik və seksual hislər duymasına verilən addır.

Homoseksuallığın tarixi.

Bəzən insanlar yanlışlıqla homoseksuallığın son bir əsrdə və ya daha erkən yarandığını düşünür. Əslində isə bu belə deyil. Yaranma tarixi dəqiq məlum olmasa da bu faktı sübut edən ən qədim maddi nümunə Qədim Misirə aiddir. Eramızdan əvvəlIIIminilliyə aid daş üzərində iki gənc oğlanın sevgisini təcəssüm edən şəkil təsviredilib. İlkin demokratiyanın və mədəniyyətin ana beşiyi hesab edilən Antik Yunan və Roma İmperiyalarında homoseksuallıq geniş kütləni əhatə edirdi. Belə ki, başda imperator və senatorlar olmaqla, dövrün ən istedadlı elm adamları, incəsənət xadimləri homoseksual olmuşlar. Yunan ənənələrinə görə, bədənində hələ tük çıxmamış gənc oğlanlar özlərindən daha yaşlı kişilərlə, əsgərlərlə cinsi əlaqəyə girməli idi. Bu yalnız şəhvət üçün deyil, eyni zamanda gənc oğlanların daha təcrübəli yaşlılardan tərbiyə almasına xidmət edirdi. İmperatorların təm-təraqlı mərasimlərlə həmcinsləriylə evləndiyi Roma cəmiyyətində bu adətlər xristianlığın ölkəyə nüfuz etməsinəcən davam etmişdir. Xristianlığın müqəddəs kitabı “İncil”-də homoseksuallıq lənətlənir, təbiətin qanunlarına qarşı çıxmaq hesab edilir. Avropada kilsənin hakim mövqe tutduğu orta əsrlərdə homoseksuallar təqib edilir yandırılırdı. Homoseksuallığın günah hesab edildiyi İslam dininin daha çox yayıldğı Şərqdə vəziyyət daha mülayim idi. Osmanlı, İran və Hindistan kimi ölkələrdə homoseksuallıq gizli də olsa var idi. Şahlar, sultanlar öz saraylarında az yaşlı oğlanlarla eyş-işrətlə məşğul olur və ya onlara saraydə (hərəmbaşı və.s) vəzifə verirdilər. XV əsrdə Renesans dönəminin başlamasıyla dünyaca məşhur, istedadlı homoseksuallar yenidən tarix səhnəsinə gəldilər. XVII əsrdən etibarən isə homoseksuallıq müxtəlif adlarla ədəbiyyatda, poeziyada yer almağa başladı. XIX əsrə qədər diqqətə alınmayan homoseksuallar elə həmin əsrdən etibarən fəallaşmağa, öz haqlarını tələb etməyə, azad yaşamağa, təşkilatlanmağa başladılar. Böyük dövlətlər artıq homoseksuallığı qadağan edən qanunlar qəbul edirdi.

Homoseksuallığın tibbi tərəfləri.

XX əsrin ikinci yarısınadək sözü gedən qanunlar özünü təqiblərdə, edamlarda göstərdi. ABŞ və Avropa ölkələrində məxfi agentlər tərəfindən tutulan homoseksualları ya həbs edir, ya da ruhi xəstələr üçün nəzərdə tutulan dispanserlərə yerləşdirirdilər. Tibb isə homoseksuallığı şizofreniya kimi ruhi pozğunluq hesab edirdi. Xəstəxanalarda müxtəlif metodlarla müalicə alan homoseksuallar heç bir nəticə əldə edə bilmirdilər. Və nəhayət 1973-cü ildə ABŞ-da psixator, psixoloq və digər tibb araşdırmaçılarının rəyiylə homoseksuallığın ruhi pozğunluq olmadığı təsdiqləndi və Amerika Psixatorlar Dərnəyi homoseksuallığın xəstəliklər siyahısından çıxarılmasına qərar verdi. Ardından 1990-cı il,17 Maytarixində ölkəmizin də üzv olduğu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST – 194 üzv ölkə) homoseksuallığı Xəstəliklərin Beynəlxalq Sinifləndirilməsi siyahısından çıxartdı. Homoseksuallığın bir xəstəlik, pozğunluq və ya əksiklik olmadığını, 3 fərqli cinsi yönəlimdən biri olduğunu, doğuşdan və ya 3-4 yaşınadək yaranan, fərdin özünün seçmədiyi bir hal olduğu tibb elmi tərəfindən təsdiqini tapdı.

Dində Homoseksuallıq

Dünyəvi dinlərin müqəddəs kitablarında homoseksuallıq günah hesab edilir. Quranda Lüt Qövmündən bəhs edən ayədə bu cür göstərilir: “Rəbbinizin, sizin üçün yaratdığı arvadlarınızı atıb, insanlar arasından kişilərə mi meyil salırsınız? Siz həqiqətən həddinizi aşan birliksiniz” (Şuara, 165-166). Maraqlısı odur ki, müqəddəs kitabımızda lezbiyanlıqla bağlı heç bir ayə yoxdur.

Aşağıdakı ölkələrdə eynicinslilərin nikahı rəsmi olaraq ölkə qanunlarında təsbit edilmişdir; Hollandiya (2001), Belçika (2003), İspanya (2005), Kanada (2005), CAR (2006), ABŞ – 19 ştatda (2008-2013), Norveç (2009), İsveç (2009), Portuqaliya (2010), İslandiya (2010), Argentina (2010), Meksika – bəzi bölgələrdə (2011), Danimarka (2012), Braziliya – bəzi bölgələrdə (2013), Uruqvay (2013), Yeni Zellandiya (2013), Fransa (2013), Malta

Bu ölkələrdə homoseksual olmaq qanunla qadağan edilmişdir:Əfqanıstan, Bəhreyn, Banqladeş, BƏƏ, Əl-Cəzair, İndoneziya, Fələstin, İraq, İran (edam), Qatar, Küveyt, Liviya, Malaziya, Misir, Nigeriya, Özbəkistan, Pakistan, Sudan (edam), Suriya, Səudiyə Ərəbistan (edam), Tacikistan, Türkmənistan, Yəmən (edam), Marokko, Livan, Oman, İordaniya

Dünyanın ən məşhur homoseksual tarixi şəxsiyyətləri;

1. Makedoniyalı İsgəndər (dünyanın yarıdan çoxunu fəth edən yunan sərkərdəsi)

2. Sokrat (antik yunan filosofu)

3. Aristotel (antik yunan filosofu)

4. Platon (antik yunan filosofu)

5. Yuli Sezar (Roma imperatoru)

6. Adrian (Roma imperatoru)

7. Antoni (Roma imperatoru)

8. Leonardo da Vinçi (rəssam, heykəltaraş, ixtiraçı)

9. Mikelancelo (heykəltaraş)

10. Oscar Wilde (yazıçı)

11. Nikolay Qoqol (rus yazıçısı)

12. Uilyam Şekspir (ingilis şairi)

13. Oktavian Avqust (Roma İmperatoru)

14. I Pyotr (Rus çarı)

15. Pyotr İliç Çaykovski (bəstəkar)

Azərbaycanda Homoseksuallıq.

Azərbaycanda 2001-ci ilədək homoseksuallıq cinayət hesab edilirdi. Elə həmin il bu qanun Azərbaycanın Avropa Şurasına qəbul edilməsi məqsədilə Cinayət Məcəlləsindən çıxarıldı. Buna baxmayaraq Azərbaycan homofobiyanın kəskin olduğu ölkələr sırasındadır. Eynicinslilərin nikah hüququnu tanımır. Hazırda ölkədə 3 LGBT təşkilatı var.

Mövzuyla əlaqədar bəzi sözlərin açıqlaması

  1. Homoseksuallıq- 3 əsas cinsi yönəlimdən (orientasiyadan) biri olub, fərdin öz həmcinsinə qarşı romantik və seksual hislər keçirtməsinə verilən addır.
  2. Gay (gey)– Fransız sözü olub, 1960-cı ildən bəri kişi homoseksuallar üçün istifadə edilən söz, mənası “şən, gülərüz, əyləncəli, rəngli” deməkdir.
  3. Lezbiyan– 1800-cü illərdən bəri qadın homoseksuallar üçün istifadə edilən sözdür.
  4. Transseksual– Bütün cinsiyyətini və görünüşünü tamamən qadına çevirən kişi (və ya əksinə)
  5. Travesti– Əməliyyat olunmadan sadəcə qarşı cinsin geyimini geyinən şəxs
  6. LGBT– “lezbiyan, gey, biseksual, transeksual” sözlərinin baş hərfindən alınan abreviaturadır.
  7. Biseksual– Həm qadına, həm kişiyə cinsi ve hissi istək duyan şəxs
  8. Heteroseksual (natural)– Cinsi və hissi istəyinin yalnız qarşı cinsə yönəldiyi şəxs
  9. Homofobiya– Homoseksuallara olan qınaq, nifrət hissi
  10. Transfobiya– Transeksual və travestilərə qarşı nifrət hissi

Düşünürəm ki, insanları dərisinin rənginə,fiziki qüsuruna, dininə, irqinə, cinsi yönəliminə görə qınamaq, nifrət etmək və ya təhqir etmək cahillərin əməldir. İnsanlara istedadına, xasiyyətinə, həyata baxışına görə qiymətləndirsək daha düzgün, daha ədalətli olmazmı?! İranın cəhalətə sığınaraq edam etdrdiyi 15 yaşlı Mahmud Əsgəri bəlkə də Amerikada olsaydı yaxşı təhsil alıb cəmiyyətinin xeyirli vətəndaşı ola bilərdi. Sevməyi və hörmət etməyi öyrənək, nifrət etməyi deyil. Nifrət xəstəlikdir!

Azərbaycan Respubkiasının Konstitusiyasından

Maddə 25. Bərabərlik hüququ

III. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən … asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Maddə 28. Azadlıq hüququ

I. Hər kəsin azadlıq hüququ vardır.

Maddə 31. Təhlükəsiz yaşamaq hüququ

I. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.

Maddə 32. Şəxsi toxunulmazlıq hüququTural,AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yüksək maaşlı peşələrin siyahısı AÇIQLANDI
13:52 24.06.2025
Yüksək maaşlı peşələrin siyahısı AÇIQLANDI
Prezident Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədrini qəbul edib
13:50 24.06.2025
Prezident Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədrini qəbul edib
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
13:39 24.06.2025
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
Bu yol bağlanır - DİQQƏT!
13:30 24.06.2025
Bu yol bağlanır - DİQQƏT!
"Sahibkarlar Forumu" keçirilib
13:28 24.06.2025
"Sahibkarlar Forumu" keçirilib
İranın "nüvə" MESAJI
13:24 24.06.2025
İranın "nüvə" MESAJI
Nazirdən TƏNQİD: "50 adam hesab etsə ki, sual çətindir, onda ölkədə heç vaxt imtahan keçirmək olmaz"
13:23 24.06.2025
Nazirdən TƏNQİD: "50 adam hesab etsə ki, sual çətindir, onda ölkədə heç vaxt imtahan keçirmək olmaz"
Bakıda 58 yaşlı kişi tutuldu: Taksisinə minən qızlara nömrə verirmiş
13:18 24.06.2025
Bakıda 58 yaşlı kişi tutuldu: Taksisinə minən qızlara nömrə verirmiş
Leyla və Arzu Əliyevalar bu gənc  ailənin qonağı oldular - FOTOLAR
13:05 24.06.2025
Leyla və Arzu Əliyevalar bu gənc ailənin qonağı oldular - FOTOLAR
Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi - Qızıl bazarında vəziyyət necədir? VİDEO
13:02 24.06.2025
Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi - Qızıl bazarında vəziyyət necədir? VİDEO
"Məktəbəqədər kurslar ailə büdcəsini dağıdır" - Deputat etiraz etdi
13:01 24.06.2025
"Məktəbəqədər kurslar ailə büdcəsini dağıdır" - Deputat etiraz etdi
"16 illik ərim mənə müğənni Mətanətlə xəyanət edir" - Canlı efirdə daha bir OLAY
12:58 24.06.2025
"16 illik ərim mənə müğənni Mətanətlə xəyanət edir" - Canlı efirdə daha bir OLAY
İsrailin müdafiə naziri Tehrana hücum əmri verib
12:57 24.06.2025
İsrailin müdafiə naziri Tehrana hücum əmri verib
Tanınmış model Anarın adından dələduzluq etdi
12:55 24.06.2025
Tanınmış model Anarın adından dələduzluq etdi
"Dünyadan geri qalmışıq, televiziyalarda xanım müğənnilərin debatlarına baxırıq..." - DEPUTAT
12:54 24.06.2025
"Dünyadan geri qalmışıq, televiziyalarda xanım müğənnilərin debatlarına baxırıq..." - DEPUTAT
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları
12:51 24.06.2025
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları