28 fevral tarixində qlobal AI cihaz ekosistemi brendi olan HONOR Azərbaycanda ikinci rəsmi mağazasının açılışını həyata keçirdi. Yeni HONOR Brend Mağazası Bakı şəhərində, "Əcəmi” metro stansiyası yaxınlığında yerləşir və brendin yerli bazarda pərakəndə strategiyasının inkişafında mühüm mərhələ hesab olunur.
Mağazanın açılışı HONOR-un yeni məhsullarına artan maraq dövrünə təsadüf edərək şirkətin Azərbaycan bazarına uzunmüddətli investisiya öhdəliyinin növbəti təsdiqi oldu.
HONOR Azerbaijan ölkə meneceri Van Yufeng qeyd edib:
"Azərbaycanda ikinci HONOR Brend Mağazasının açılması brendimiz üçün mühüm bir mərhələdir. Biz istehlakçı yönümlü, müasir retail məkanlarının inkişafını ardıcıl şəkildə davam etdirərək sadəcə satış nöqtəsi deyil, texnologiyalarla tam ekosistem təcrübəsi yaradırıq. Eyni zamanda ilk rəsmi HONOR Servis Mərkəzinin fəaliyyətə başlaması bizim satışdan sonrakı xidmət keyfiyyətinə verdiyimiz önəmi və istehlakçı etimadını daha da gücləndirmək məqsədimizi nümayiş etdirir.”
Texnologiya ilə yeni təcrübə
Yeni mağaza HONOR-un tam ekosistemini bir araya gətirir: smartfonlar, planşetlər, noutbuklar, geyilə bilən cihazlar və AI əsaslı ağıllı həllər. Xüsusi interaktiv zonalar vasitəsilə ziyarətçilər cihazları test edə, süni intellekt funksiyalarını real vaxtda kəşf edə və texnologiyanın gündəlik həyatı necə asanlaşdırdığını yaxından görə bilərlər.
HONOR-un vizyonu texnologiyanı insan mərkəzli etməkdir — mağaza konsepti də məhz bu yanaşmanı əks etdirir.
İlk rəsmi HONOR Servis Mərkəzi
Açılışın ən önəmli yeniliklərindən biri Azərbaycanda ilk rəsmi HONOR Servis Mərkəzinin istifadəyə verilməsidir. Servis mərkəzi zəmanətli təmir xidmətləri təqdim edir və digər rəsmi satış nöqtələrindən alınmış HONOR cihazlarını da qəbul edir. Bu isə brendin yalnız innovasiya deyil, həm də etibarlılıq və davamlı dəstək prinsiplərinə sadiqliyini göstərir.
Açılış atmosferi
Açılış günü mağazada xüsusi proqram təşkil olunub, qonaqlar üçün əyləncəli və interaktiv mühit yaradılıb. Ziyarətçilər üçün xüsusi təkliflər və uduş imkanları təqdim olunub ki, bu da tədbiri əsl texnologiya bayramına çevirib.




















































