Aparıcı Kazım Sübhan sosial şəbəkədə paylaşdığı fikirlə diqqət çəkib.
AZXEBER.COM xəbər verir ki, aparıcı öz sosial media hesabında hörmət və özünədəyər mövzusunda paylaşım edib.
"Hörmətsizlik gördüyün yerdə qalmaqdansa, çıxıb getmək bəzən daha doğrudur. Hətta bunun müqabilində çox şey itirsən belə. Çünki insan hər şeyi yenidən qazana bilər, amma itirdiyi qüruru və özünə olan hörməti geri qaytarmaq hər zaman mümkün olmur”, - deyə o bildirib.
Kazım Sübhan qeyd edib ki, insanın öz dəyərini qoruması hər şeydən önəmlidir:
"Səs-küylü bir mühitdə dəyərsiz olmaqdanansa, şərəfli bir yalnızlıq daha gözəldir”.
Aysel











































