Hulusi Qılıç deputatlığa namizəd oldu

Hulusi Qılıç deputatlığa namizəd oldu
Bütün Xəbərlər
18:31 10.02.2015
969

Türkiyə xarici işlər nazirliyində ikitərəfli siyasi əlaqələr şöbəsinin rəhbəri, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Qılıç bu il Türkiyədə keçiriləcək parlament seçkilərində iştirak etmək məqsədi ilə tutduğu vəzifədən istefa verib.

AZXEBER.COM Vətəninfo.az-a istinadən xəbər verir ki,  diplomat kimi Hulusi Qılıç XİN-də müxtəlif vəzifələrdə işləyib. 2008-2012-ci illərdə Azərbaycan Türkiyənin böyük elçisi olaraq fəaliyyət göstərən Hulusi Qılıç iki qardaş ölkə arasında siyasi.sosial,mədəni və digər sahələrdə daha da əməkdaşlığın dərinləşməsi istiqamətində mühüm işlər həyata keçirib.Azərbaycan Respublikası prezidenti tərəfindən iki ölkə arasında əməkdaşlığın daha da inkişafı istiqamətində xidmətlərinə görə, ölkəmizjn ən ali mükafatını alan ilk türk diplomatıdır Hulusi Kılıç.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan baş nazir olduğu dövürdə Hulusi Kılıç Ərdoğanın protocol şöbəsinin müdiri kimi də fəaliyyət göstərib və baş nazirin xarici səfərlərində onu müşayyət edən nümayəndə heyyətinin tərkibində yer alıb. Hulusi Kılıç diplomat kimi Suriyanın Hələb şəhərində baş konsulu vəzifəsini də icra edib. Suriya üzrə siyasi mütəxəsislərdən sayılır.

OXŞAR XƏBƏRLƏR