'Hüquq Akademiyası 2' layihəsi çərçivəsində növbəti görüş

GƏNCLİK
17:06 19.01.2013
1507

19 yanvar tarixində “İRƏLİ” Gənclik Mərkəzində “Hüquq Akademiyası 2” layihəsi çərçivəsində “Qeyri həyat sığortası” mövzusunda növbəti görüş keçirilib. Görüşün qonağı Standard İnsurance şirkətinin vitse-prezidenti, Hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Azərbaycan Sığortaçılar Assosasiyasında Hüquq Komitəsinin sədri Mustafa Abbasbəyli olub.

Ekspert Mustafa Abbasbəyli həyat sığortası, sığorta müqaviləsi, sığorta subyektləri, sosial sığorta, təkrar sığorta haqqında geniş məlumat verib. Daha sonra görüş interaktiv formada tədbir iştirakçılarının sualları ilə davam edib və iştirakçıların suallarıətraflı şəkildə cavablandırılıb.

Qeyd edək ki, gənc hüquqşünasların hüquqi biliklərinin müasir tədris metodları ilə inkişaf etdirmək məqsədilə həyata keçirilən “Hüquq Akademiyası” layihəsi müddətində iştirakçılara konstitusionalistika, kriminalistika, hüquqi kargüzarlıq metodikası üzrə təlimlər keçiriləcək.

Bundan əlavə, gənc hüquqşünaslar debatlarda və Ali Məhkəmə, Konstitusiya Məhkəməsi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu və digər dövlət orqanlarından dəvət olunan vəzifəli şəxslərlə görüşdə iştirak edəcəklər. Seminarlarda Milli Məclisin deputatlarının da iştirakı nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR