Hüquq müdafiəçisi jurnalistə böhtan atır - Qalmaqal

Hüquq müdafiəçisi jurnalistə böhtan atır -  Qalmaqal
Bütün Xəbərlər
14:10 16.05.2014
855

Xəbər verildiyi kimi, hüquq müdafiəçisi Vidadi İsgəndərli özünün facebook profilində şok məlumat paylaşıb. 

Hüquq müdafiəçisi Vidadi İsgəndərli iddia edir ki, ona qarşı həyata keçirilən hədələmə kampaniyasının arxasında Ziya Məmmədovun digər qardaşı İldırım Məmmədovun oğlu dayanır.

Hüquq müdafiəçisinin özünün Feysbuk səhifəsində yazdığına görə, onun hədələnməsində suçlu bilinərək həbs olunan Emil Məmmədov (Anar Məmmədovun media holdinqinə aid gun.az saytında işləyir) istintaqa ifadə verib və bir sıra ifşaedici məlumatlar toplayıb. V.İsgəndərlinin sözlərinə görə E. Məmmədov etiraf edib ki, onu V. İsgəndərliyə qarşı yönləndirən, müxtəlif hədə, söyüş və təhdid yazdıran Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun oğludur /musavat.com/. 

Olayda adı keçən Emil Məmmədov əlaqə saxlayaraq, deyilənləri təkzib edib.

Onun sözlərinə görə, gün.az saytının əməkdaşı kimi V.İsgəndərliyə zəng edərək sadəcə müsahibə almaq istəyib.

"May ayının 11-də mən Vidadi İsgəndərliyə zəng edib müsahibə almaq istədim. Soruşmaq istəyirdim ki, sizə hansısa məmurun "Prado" hədiyyə etməsi ilə bağlı xəbərlər doğrudurmu? Öz telefonumda kontur olmadığı üçün dostumun telefonundan yığdım. O da gizli nömrəyə qoyubmuş, bilməmişəm, "alo" deyən kimi, başladı söyüşlə təhqir etməyə. Sonra da məlum olur ki, Daxili İşlər Nazirliyinin Qaynar xəttinə zəng edərək, gizli nömrəylə hədələndiyini bildirib. Sonra əlavə edib ki, guya mən 10 nəfər idmançı ilə onun evinin qarşısına gəlib, onu hədələmişəm. Amma mən onun qeyd etdiyi tarixdə Göyçayda olmuşam. Bunu telefonun dalğasından da sübut eləmək çətin deyil. Məni izahat üçün Göyçay Polis İdarəsinə çağırdılar. İzahatımı alıb, buraxdılar. İzahatımda da bunları qeyd etmişəm".

Qeyd edək ki, V. İsgəndərli Facebook-da yazır ki, onu "hədələyən Emil Məmmədova maliyyə dəstəyini Ziya Məmmədovun Ucar rayonunda yaşayan qardaşı İldırım Məmmədovun oğlu edirmiş. Hal hazırda İldırım Məmmədovun oğlu bu işlə əlaqədar saxlanıb. Və o istintaqa mənə qarşı törətdiyi cinayətləri etiraf edib. Mütəşəkkil cinayətkar üzvlərin artacağı ehtimalı çoxalıb. Ola bilməz ki, bu mütəşəkkil cinayətkar dəstədən Ziya Məmmədovun,İldırım Məmmədovun, Mənsur Məmmədovun xəbəri olmasın. Emil Məmmədov istintaqa etiraf edib ki, bu fəaliyyətinə görə Məmmədovlar ona ayda 3500 manat pul ödəyirlərmiş. İstintaq davam edir.”

Emil Məmmədov bu məlumatı da təkzib edir.

"Mən izahatda elə bir söz söyləməmişəm. Nə Ziya Məmmədovun, nə də İldırım Məmmədovun adını çəkməmişəm. Vidadi İsgəndərli öz statusunda öz fantaziyalarını, yalanlarını yazıb. Mən heç bilmirəm İldırım Məmmədovun oğlu var, ya yox. Soyadlarımızın eyniliyi isə sırf təsadüfdür. Heç bir qohumluğumuz və tanışlığımız yoxdur. Vidadi İsgəndərli mənə böhtan atır".

Qeyd edək ki, Emil Məmmədov Feysbukda 450 minlik "Azerbaijan-Azerbaycan" səhifəsinin adminidir

OXŞAR XƏBƏRLƏR