Hürrəm Sultan bu ildən ‘Yetenek Sizsiniz Türkiye’ yarışmasında olacaq

Hürrəm Sultan bu ildən ‘Yetenek Sizsiniz Türkiye’ yarışmasında olacaq
Bütün Xəbərlər
12:41 10.07.2014
775

“Yetenek Sizsiniz Türkiye” yarışmasının münsiflər heyyətində dəyişiklik olacaq.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Acun Mediya” şirkətinin ən önəmli layihələrindən biri olan “Yetenek Sizsiniz Türkiye” yarışması bu il yeni münsiflə tamaşaçıların qarşısına çıxacaq.

Layihə rəhbəri Acun Ilıcalı münsiflər heyətindən ayrılan Hülya Avşarın yerinə verilişə “Muhteşem Yüzil” serialında “Hürrem Sultan” obrazını canlandıran Məryəm Üzerlini dəvət edib.

Artıq “Acun Mediya” rəhbərliyi aktrisa ilə Berlində görüşlərə başlayıb və ilkin razılığa gəlinib.

Xatırladaq ki, əvvəllər “Star” televiziyasında yayımlanan yarışma bu ildən etibarən Acun Ilıcalının sahibi olduğu “TV8” kanalında yayımlanacaq.

OXŞAR XƏBƏRLƏR