Hüseyn Abdullayevə cinayət işi açıldı

SİYASƏT
17:57 26.06.2013
2578

Sabiq millət vəkili Hüseyn Abdullayev axtarışa verilib.

AZXEBER.COM-un APA-ya istinadən verdiyi xəbərə görə, ona qarşı Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi qaldırılıb.

Məlumatda qeyd olunub ki, H. Abdullayev uzun müddət istintaqdan yayındığı üçün barəsində məhkəmə qərarı ilə axtarış elan olunub.

Hazırda onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR