Populyar azərbaycanlı repçi Hüseyn Dərya həyat yoldaşı Sona Muradova ilə boşanıb. AZXEBER.COM-un məlumatına görə, repçi bu barədə vesti.az-a deyib. O, rəsmi olaraq artıq 6-cı aydır ayrıldıqlarını deyib və boşanmanın səbəbini açıqlamaq istəməyib. Qeyd edək ki, Hüseyn Dəryanın Sona Muradova ilə nigahından bir oğulları var. Bundan savayı repçinin başqa qadından bir qız övladı var.